
“Savaş və Duman”
Bir kitabdan daha artığı
Bir kitabdan daha artığı
Yanlış adlar və ifadələr nəyə gətirib çıxarır?!
Düşmən gülləsindən yayınıb qardaş gülləsi ilə həlak olan qəhrəman
Nə yaxşı ki, suverenlik məsələsini vaxtında və tam həll etdik
Xalqla ordunun vəhdəti yoxdursa, qalib gəlmək mümkün deyil
Yaxud Natəvan şahmatda Dümanı necə mat etmişdi?
Qərib eldə qaçqınlığın bitməsinin sevinci
Professor Abbas Seyidov: “İşğaldan azad edilmiş ərazilərdə beynəlxalq ekspertlərin iştirakı ilə daha geniş arxeoloji tədqiqatlar aparılacaq”
... Yaxud Kremlin yalanı, Vardanyanın “planı”
Bakının cavabı necə olacaq?
Səbirli, heç nəyi əvvəldən açıqlamayan və nəyi nə vaxt edəcəyini bilən ...
Qəpik-quruş üçün vətənini, millətini satanlar...
Beynəlxalq hüquqa uyğun təzminatın tələbi prosesi başlayır
Azərbaycan XİN aksiyanın mahiyyətini kobud təhrif edən xarici ölkələrə cavab verib...
Xalq hər məqamda mübarizəyə hazır olduğunu bir daha nümayiş etdirir
Yeni tələblər irəli sürüldü
Gələn il işğaldan azad olunan torpaqlarımızın bərpası və eləcə də məskunlaşma üçün daha çox vəsaitin ayrılması nəzərdə tutulur. Bu məcburi köçkünlərin ata-baba yurdlarına gözləniləndən daha tez qayıtmasına imkan verəcək. 2023-cü il üçün dövlət büdcə layihəsinə əsasən, gələn il Böyük Qayıdış layihəsi çərçivəsində işğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpası ilə bağlı xərclər 3 milyard manat nəzərdə tutulub.
Qeyd edək ki, büdcədən 2021-ci ildə bərpa prosesinə 2.2 milyard, 2022-ci ildə 2 milyard 670 milyon manat nəzərdə tutulmuşdu. Bu isə o deməkdir ki, 3 il ərzində (2021-2023-cü illər) Qarabağ və Şərqi Zəngəzurunun bərpa və yenidənqurmasına yalnız dövlət büdcəsindən 7 milyard 870 milyon manat vəsait ayrılır. Bu məhz Qarabağın daha qısa müddətdə bərpasına olan xüsusi diqqətdir.
Azərbaycan işğaldan azad olunan ərazilərimizi heç bir xarici borclanma olmadan, yalnız daxili maliyyə resursları hesabına bərpa edir. Şərqi Zəngəzur və Qarabağda aparılan intensiv yenidənqurma işləri məskunlaşmanın gözləniləndən daha tez baş verəcəyindən xəbər verir. Qayıdışı əhalimizin təhlükəsizliyi qorunmaqla ağıllı şəkildə reallaşır.
Zəngilan ilə yanaşı 2023-ci ilin ikinci yarısında artıq işğaldan azad olunan bir sıra digər rayonlarımızda da məskunlaşmaya start verilməsi gözlənilir. Dünən, 29 ildən sonra ilk dəfə Zəngilan məktəbində zəng çalındı. Növbəti tədris ilindən Şuşa və Ağdam məktəblərində də ilk zənglər çalınacaq. Füzuli və Cəbrayıl rayonlarında da bərpa işləri sürətlə həyata keçirilir.
Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur və bərpa edilir. Tezliklə Böyük Qayıdışın yeni mərhələləri başlayacaq. Qarabağa həyat qayıdır. Bu dəfə daimi.