
Cərrahi əməliyyatlar azalıb
Nağdsız cəmiyyətin gözlənilməz faydası
Nağdsız cəmiyyətin gözlənilməz faydası
Artımın nələrə təsiri olacaq?
Dünyanın ən böyük iqtisadiyyatlarından birində inqilabi dəyişim
Səbəb kimi inflyasiya və rublun güclənməsi əsas göstərilir
Dollar avronu keçdi
Azərbaycanda banklar avronu dollardan ucuza dəyişir
Kağızı sürüşkənliyi ilə seçilir, ...
FED uçot dərəcəsi aşağı saldı, Tramp narazı qaldı
Manatın məzənnəsində ucuzlaşma ehtimalı çox aşağıdır
Manatın ucuzlaşması ixracın artımına gətirməyib, əvəzində idxal azalıb
Lirənin dəyədən salan səhvlər nə bir, nə iki idi ...
İşləyən pensiyaçıların müavinətlərinin hesablanması qaydaları
Sələmçi absurd ittihamla borcalanı həbs etdirmək istəyir
Dollar krediti olanlar yaxında «şad xəbər» alacaq!
Ən yoxsul insan puldan başqa heç nəyi olmayandır
... Yaxud 24 saat çəkən xoşbəxtlik
Gələcəyimizi sığortalamaq üçün hər ay əməkhaqqımızdan sosial sığorta haqqı ödəyirik. Beləliklə, bizim pensiya kapitalımız formalaşır. Düşünürük ki, vaxtı çatanda bu vəsaitdən bəhrələnəcəyik. Ancaq çoxlarını düşündürən bir sual var: Əgər sığortaolunan dünyasını dəyişərsə, hamin kapitalın aqibəti necə olur?
Qanunvericiliyə əsasən, vəfat edən şəxsin pensiya kapitalı müqabilində onun ailə üzvlərinə müavinət təyin edilir. Bunun üçün isə ailə üzvlərinin yaşı 18-dən az olmalıdır. Həmin şəxslər tələbə olarsa, 23 yaşınadək bu müavinətləri ala bilərlər. Burada isə daha bir sual ortaya çıxır: Vəfat edən şəxsin ailə üzvlərinin yaşı 18-dən yuxarıdırsa və ya əlilliyi yoxdursa, o zaman bu vəsait hara yönəldilir?
Ekspert Turab Rzayev deyir ki, vətəndaşın pensiya kapitalı onun öz şəxsi vəsaitdir. Onun sözlərinə görə, pensiya kapitalının əlçatanlığının təmin olunması üçün dünya təcrübəsindən yararlanmaq olar.
Millət vəkili Vüqar Bayramov isə bildirir ki, vətəndaşın pensiya kapitalına yığılan vəsait mövcud müavinətlərin ödənilməsinə sərf edilir. O, bu prosedurun təkmilləşdirilməsi istiqamətində müzakirələrin aparıldığını da deyir.
Vüqar Bayramovun sözlərinə görə, pensiya kapitalından səmərəli istifadə məsələsi yaxın vaxtlarda Milli Məclisdə dinləmələrə çıxarılacaq.