vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
TURİZM, DAŞIMAÇILIQ, NƏQLİYYAT  
16:33 | 26 fevral 2025 | Çərşənbə Məqaləyə 294 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

15 ildə ilk qrup

Şimali Koreya uzun fasilədən sonra qapılarını turistlər üçün açıb

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Keçən həftə bir qrup xarici turist Şimali Koreyaya səfər edib. Bu keçən il ölkəyə gedən rusiyalıları saymasaq, beş il ərzində ölkəyə daxil olan ilk xarici turist qrupu oldu.

Çinin paytaxtı Pekində yerləşən “Koryo Tours” turizm şirkəti fevralın 20-dən 24-dək Şimali Koreyanın xüsusi iqtisadi zonasının yerləşdiyi şimal-şərq sərhədindəki Rason şəhərinə 13 turist üçün beş günlük səyahət təşkil etdiyini açıqlayıb.

“Koryo Tours”un baş direktoru Simon Kokerellin sözlərinə görə, Böyük Britaniya, Kanada, Yunanıstan, Yeni Zelandiya, Fransa, Almaniya, Avstriya, Avstraliya və İtaliyadan olan turistlər Çindən Şimali Koreyaya quru yolu ilə keçiblər.

Turistlərin Rasonda Şimali Koreya lideri Kim Çen Inın babası Kim İr Senin və atası Kim Çen İrin fabrikləri, mağazaları, məktəbləri və heykəllərini ziyarət etdiklərini qeyd edən Kokerell, “Ölkə 2020-ci ilin yanvar ayından etibarən bütün xarici turistlər üçün bağlanıb. Nəhayət Şimali Koreyanın ən şimal bölgəsi olan Rasonda açılışımız olması bizi sevindirir”, – deyib.

Şimali Koreya 2024-cü ilin fevral ayında ölkəyə 100-ə yaxın rusiyalı turist qəbul edib. Cənubi Koreyanın Birləşmə Nazirliyi Rusiyanın rəsmi məlumatlarına əsaslanaraq, 2024-cü il ərzində Şimali Koreyaya ümumilikdə 880 rusiyalı turistin səfər etdiyini açıqlayıb.