vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
SAHİBKARLIQ  
14:14 | 18 fevral 2025 | Çərşənbə axşamı Məqaləyə 251 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Startap və KOB-lara güzəştlər olmalıydı

Ən çox vergi ödəyən texnoloji şirkətlər hansılardır?

Osman GÜNDÜZ

MÖVZU İLƏ ƏLAQƏLİ

Dövlət Vergi Xidməti (DVX) 2024-cü ildə ən çox vergi ödəyən 100 şirkətin adını açıqlayıb.

Bu siyahıya daxil olan texnoloji şirkətlər aşağıdakılardır :

“Azercell” – 127.6 milyon

“Bakcell” – 41.8 milyon

“Nar” – 25.8 milyon

“Azərconnect” – 23.1 milyon

“Delta Telekom” – 19.5 milyon

“İRSHAD ELEKTRONİCS” – 14.3 milyon

“BestComp Group” – 12.05 milyon

“Azinvest Telecom Technology” – 11.5 milyon

Rəqəmlərə diqqət yetirdikdə görünür ki, 100 ən çox vergi ödəyicisinin ödədiyi toplam vergidə texnologiya sektorunun payı 3.5 faizdir.

Bu isə onu göstərir ki texnologiya və telekommunikasiya sektoru hələ kifayət qədər inkişaf etməyib və iqtisadiyyatda toplan xüsusi çəkisi çox aşağıdır.

Dərhal qeyd edim ki, üzdə olan, dövlət resurslarından yetərincə bəhrələnən, dövriyyəsi milyonlarla olan bir neçə İT şirkətin və operatorun burada olmaması xeyli təəccüblüdür.

Həm də, siyahıdan görünür ki, ən böyük vergi ödəyən texnoloji şirkətlər əsasən mobil operatorlar və internet provayderləridir, yəni müştərilərə birbaşa xidmət göstərən və kütləvi gəlir axını olan qurumlardır.

Qlobal bazarlarda isə görürük ki, daha böyük vergi ödəyiciləri İT şirkətlərdir.

Azərbaycanda isə siyahıdan görünür ki, böyük gəlirləri olan İT şirkətlərin sayı çox məhduddur.

Maraqlıdır ki ötən il DVX ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) arasında iri İT şirkətlərin vergidən azad edilməsilə bağlı ciddi fikir ayrılıqları vardı. Hansı ki bu güzəştin vergidəki payının elə də yüksək olacağını düşünmürəm.

Xatırladıram ki, ötən illər İKT güzəştləri ilə bağlı Prezidentin fərmanı İRİA tərəfindən düzgün tətbiq edilməmiş, bütün böyük İT şirkətlər vergilərdən azad olunub.

Normalda isə daha çox xaricə yönəlik fəaliyyəti olan İT şirkətlərə, həmçinin startaplara və KOB-lara güzəştlər olmalıydı.

“BestComp Goup”dan başqa, İRİA-nınn vergilərdən azad etdiyi İT şirkətlərdən 100-lükdə heç kim yoxdur. Hansı ki onlar içərisində dövlət resurslarından, dövlət sifarişlərinfən bəhrələnlər yetərincədir.

“BestComp” isə məhz həm də xaricə yönəlik fəaliyyəti ilə seçilən ən oturuşmuş şirkət olması, innovasiyalar və əlavə dəyərlər yaratması ilə fərqlənir.

Yeri gəlmişkən, “Bakcell” və “Nar”ın toplam vergisinin “Azercell” dövlət şirkətinin vergisindən xeyli az olması da diqqət cəlb edəndir.

Beləliklə, bu siyahı ölkədə İKT sektorunun vəziyyətini göstərən əsas parametrlərdən biri hesab oluna bilər.

Ümid edirəm Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN), İRİA da bu siyahının fərqindədir.

Təxmini hesablamalar göstərir ki, dövlət sektorunda İT sifarişlərin həcmi hər il 0.5 milyard manata çatır. Bura güzəştləri də əlavə etsək sektorda yetərincə dövlət vəsaitinin dövr etdiyi görünür.

Fikrimcə, effektivliyə nəzarət gücləndirilməlidir.

Bu vəsaitlərdən effektiv istifadəyə, biznes mühitinin inkişafına, xarici bazara çıxmağa, xarici fəaliyyətdən əldə edilən gəlirlərin vergilərdən azad edilməsinə , vençur maliyyələşmənin inkişafına, startapların və kiçik bizneslərin dəstəklənməsinə diqqəti artırmaq lazımdır.

Yeri gəlmişkən, DVX yaxşı olardı ki, qlobal şirkətlərdən (“Google”, “Meta”, “Apple”, “TikTok”, “Yandex” və s. ) alınan, “Google vergisi” adlanan vergi ilə bağlı da statistikanı açıqlasın.

İki il öncə DVX faydalı bir addım ataraq, qlobal şirkətlərin Azərbaycanda VÖEN alaraq vergi ödəyicisi kimi qeydiyyatdan keçməsi üçün bir rəqəmsal platforma yaradıb. Bununla bağlı hüquqi normalar yaradılıb.

Ötən il “TikTok” və “Apple” şirkətinin də VÖEN aldığı bildirilirdi.

Ümid edirəm DVX qlobal şirkətlərin də ölkəmizdə ötən il ödədiyi vergiləri açıqlayacaq.