

İmamoğlu milli adam deyil, türklük vizyonu yoxdur
Mansur Yavaş: “Bu hadisədən sonra Türkiyənin AB-yə qəbulu mümkün deyil”
İmamoğlunun həbsindən sonra İBB-dən ilk açıqlama
Əkrəm İmamoğlu üçün verilən həbs qərarından sonra valyuta qiymətlərində partlayış
Jurnalist İsmayıl Saymaz “Gezi parkı” istintaqı ilə bağlı həbs olunub
Terror təşkilatı liderləri Cəmil Bayık və Mustafa Qarasu ilə bağlı təfərrüatlar
Səhər saatlarında başlanan həbslər iqtisadiyyatı çökdürdü
Əkrəm İmamoğlunun da olduğu 100 nəfərin həbs qərarı narazılıqla qarşılanıb
İBB daxil olmaq iki rayon bələdiyyəsində axtarışlar başlayıb, 100 nəfər həbs olunub
Türkiyədə Əkrəm İmamoğlunun diplomu ləğv edilib
Zəfər çərşənbəmiz mübarək
Görüşdə Türkiyə ilə ABŞ arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib
Casus şəbəkə Ankara ilə Tehran arasında gərginliyi bir az da artırıb
Azərbaycanın D-8-ə üzvlüyü rəsmiləşdi
Çanaqqala – Türk böyüklüyünün imtahan savaşı
Rusiya Ukrayna burulğanından çıxsa növbəti düzərgahı Cənubi Qafqaz olacaq
Əkrəm İmamoğlu və komandasına qarşı başladılan ilk istintaq “şəhər konsensusu”, ikinci istintaq isə “korrupsiya” iddiaları ilə bağlıdır.
Bu gün səhər saatlarında İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı başladılan əməliyyatda bələdiyyə sədri Əkrəm İmamoğlu və onunla birlikdə çoxlu sayda şəxs saxlanılıb.
Polis qrupları İmamoğlunun İstanbulun Sarıyer qəsəbəsindəki evində axtarış aparıb, daha sonra onu sağlamlıq müayinəsinə aparıblar.
100-dən çox adamın həbs edildiyi əməliyyat Media A.Ş. tenderləri, şəhər konsensusu və terrorizmlə bağlı araşdırmalar çərçivəsində həyata keçirilib. NTV-nin xəbərinə görə, İmamoğlu və digər həbs edilənlər barəsində iki ayrı istintaqın başladığı bildirilir.
İlk araşdırma: Şəhər konsensusu
İlk araşdırma “şəhər konsensusu” adlı strukturla bağlıdır. Bu istintaq çərçivəsində İmamoğlu, həmçinin İBB-nin baş katibinin müavini Mahir Polad və Şişli Bələdiyyə sədri Rəsul Əkrəm Şahan haqqında həbs qərarı çıxarılıb. Bu istintaqda müttəhimlər “İstanbul Planlama Agentliyi və İstanbul Böyükşəhər Bələdiyyəsinə bağlı BİMTAŞ daxilində terror təşkilatı üzvlərini və tərəfdarlarını işə götürməkdə” günahlandırılıb.
İstanbul Baş Prokurorluğundan verilən açıqlamada aşağıdakı ittihamlar yer alıb:
– Terror təşkilatını dəstəkləyən media, Əkrəm İmamoğlunun Xalqların Demokratik Konqresinin (XDK) çətir təşkilatı ilə şəhər konsensusu əsasında ittifaq qurması ilə bağlı tapıntılar açıqlanıb.
– İmamoğlu, İBB baş katibinin müavini Polad, Şişli Bələdiyyə Başçısı Şahan, İslahatlar İnstitutunun sədri Çalışkan, PKK/KCK terror təşkilatının ideoloji sahə strukturunda fəaliyyət göstərdiyi təsbit edilən qaçaq şübhəli A.B. və ona məxsus “Spectrum House”un əməkdaşı H.A. və Şişli Bələdiyyə başçı vəkili Özdəmir “Şəhər konsensusu” fəaliyyətində iştirak edib.
– İmamoğlu digər şübhəlilərlə birlikdə terror təşkilatının rəhbərliyinin ifadə etdiyi kimi, terror təşkilatının metropolitenlərdə fəaliyyətini artırmaq məqsədi daşıyan şəhər konsensusu fəaliyyətində bilə-bilə iştirak edərək PKK/KCK terror təşkilatına yardım cinayətini törədib.
İkinci araşdırma: Korrupsiya
İmamoğlu və komandasına qarşı ikinci ittiham korrupsiya iddiaları ilə bağlıdır. Baş Prokurorluğun bəyanatında sözügedən başlıq altında aşağıdakı ittihamlar yer alır:
– İş adamlarını pul verməyə məcbur edən, bəzi iş adamları ilə əlbir olaraq əlaltı yolu ilə alqı-satqı edərək haqsız qazanc əldə etmək üçün fəaliyyət göstərən İmamoğlu da daxil olmaqla bir çox insan haqqında,
– İmamoğlu Bəylikdüzü Bələdiyyə başçısı olduğu müddətdə birlikdə işlədiyi insanları İBB-yə yerləşdirməsi haqqında,
– Böyükşəhər Bələdiyyəsinin törəmə şirkəti olan Meyda A.Ş.-nin Kültür A.Ş.-nin xidmət satınalma işlərinə yüksək təkliflər verərək, son qiymətini özləri müəyyən edərək, dəyərindən qat-qat yüksək iş almaqları haqqında.
– Hazırda fəaliyyətdə olan bir çox sahibkarlardan rüşvət istənilməsi və bunu qəbul etməyən zərərçəkmişlərdən Bələdiyyə Şurasının qərarı ilə pul qoparmağa cəhdlər haqqında
– MEDYA A.Ş., KÜLTÜR AŞ, KİPTAŞ və İSFALT şirkətlərindən tenderləri qazanan təşkilat üzvlərinin bələdiyyədən aldıqları ilk avans ödənişləri ilə təşkilat lideri İmamoğluna məxsus tikinti sahələrinə pul köçürdükləri haqqında iddialar var.
Bu istintaq çərçivəsində İmamoğlu və təşkilatın liderləri olduğu iddia edilən Murat Ongun, Necati Özkan, Tuncay Yılmaz, Fatih Keleş, Ertan Yıldız və bu şəxslərlə əlaqəsi olan 95 şübhəli də daxil olmaqla ümumilikdə 100 nəfər haqqında həbs qərarı çıxarılıb.
İmamoğlundan ilk açıqlama
İmamoğlu əməliyyat zamanı sosial media hesablarından verdiyi açıqlamada evinin qarşısında minlərlə polisin olduğunu bildirib.
Videoda İmamoğlu, “Millətimizin iradəsini qəsb etməyə çalışan bir ovuc ağıl sevimli polislərimi şər aləti kimi istifadə edib, yüzlərlə polisi 16 milyon istanbullunun evinin qapısına yığıb. Böyük zülmlə qarşı-qarşıyayıq, amma bilmənizi istəyirəm ki, biz bundan vaz keçməyəcəyik”.
“Hamınızı çox sevirəm, özümü millətimə əmanət edirəm. Qoy hamı bilsin ki, mən dik duracağam. Bütün bu prosesi alət kimi istifadə edən insana qarşı mübarizəmi davam etdirəcəyəm”.
CHP sədri Özgür Özəl də İstanbula yola düşdüyü öyrənilib.