

İmamoğlu milli adam deyil, türklük vizyonu yoxdur
Mansur Yavaş: “Bu hadisədən sonra Türkiyənin AB-yə qəbulu mümkün deyil”
İmamoğlunun həbsindən sonra İBB-dən ilk açıqlama
Əkrəm İmamoğlu üçün verilən həbs qərarından sonra valyuta qiymətlərində partlayış
Jurnalist İsmayıl Saymaz “Gezi parkı” istintaqı ilə bağlı həbs olunub
Səhər saatlarında başlanan həbslər iqtisadiyyatı çökdürdü
100 nəfərin saxlanılması ilə nəticələn əməliyyat üzrə iki cinayət işi açılıb
Əkrəm İmamoğlunun da olduğu 100 nəfərin həbs qərarı narazılıqla qarşılanıb
İBB daxil olmaq iki rayon bələdiyyəsində axtarışlar başlayıb, 100 nəfər həbs olunub
Türkiyədə Əkrəm İmamoğlunun diplomu ləğv edilib
Zəfər çərşənbəmiz mübarək
Görüşdə Türkiyə ilə ABŞ arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib
Casus şəbəkə Ankara ilə Tehran arasında gərginliyi bir az da artırıb
Azərbaycanın D-8-ə üzvlüyü rəsmiləşdi
Çanaqqala – Türk böyüklüyünün imtahan savaşı
Rusiya Ukrayna burulğanından çıxsa növbəti düzərgahı Cənubi Qafqaz olacaq
İstanbul Baş Prokurorluğu, aralarında İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) bələdiyyə sədri Əkrəm İmamoğlu, İBB baş katibinin müavini Mahir Polad və Şişli Bələdiyyə Başçısı Rəsul Əmrah Şahanın da olduğu 7 şübhəli haqqında “PKK/KCK terror təşkilatına yardım etmək” ittihamı ilə həbs qərarı çıxarıldığını açıqlayıb. İstanbul Cümhuriyyət Baş Prokurorluğu (İCBP) tərəfindən edilən şərhdə, “Cəmil Bayık və Mustafa Karasuq detalı diqqət çəkib. Bundan əlavə, açıqlamada terror təşkilatı üzvlərinin və tərəfdarlarının İBB-yə bağlı İstanbul Planlama Agentliyində və BİMTAŞ-da işə götürüldüyü bildirilib.
İCBP-nin verdiyi açıqlamada, 31 mart 2024-cü il İstanbul bələdiyyə seçkilərində PKK terror təşkilatının liderləri Cəmil Bayık və Mustafa Qarasu terror təşkilatının reallaşdırdığı “şəhər konsensusu” fəaliyyəti ilə fikir və təlimatlarının PKK-ya dəstək verən media vasitəsilə üzvlərinə çatdırıblar.
***
İBB sədri Əkrəm İmamoğlunun İstanbul yerli seçkiləri ilə bağlı “şəhər konsensusu” əsasında terror təşkilatının Xalqların Demokratik Konqresi (HDK) adlı siyasi qolu ilə birlikdə fəaliyyətinə dair təsbitlərin terror təşkilatına dəstək verən media tərəfindən açıqlandığı ifadə edilən açıqlamada, İstanbulda başda HDK üzvlərinə qarşı eyni vaxtda aksiyalar aparıldığı vurğulanıb. Araşdırmalar hələ də davam edir.
***
Açıqlamada CHP kvotasından seçilən bələdiyyə məclisi üzvləri və təyin olunan bələdiyyə sədrinin müavinləri yuxarıda qeyd olunan təsbitlər əsasında araşdırılarkən onlardan bəzilərinin terror təşkilatı ilə əlaqəsi olduğu vurğulanıb:
“31 Mart 2024-cü ildə keçirilən yerli seçkilərə bir neçə gün qalmış CHP-yə qəbul olunmuş bu günə qədər CHP-nin kvotasından seçilən və İstanbulun müxtəlif bölgələrində bələdiyyə başçılarının müavinləri təyin edilən 10 bələdiyyə məclisi üzvü, o cümlədən Ataşəhər və Qartal Bələdiyyə sədrinin müavinləri XDK üzvləri olub. Həmin şəxslər təşkilatla bağlı apardığımız araşdırmalar çərçivəsində həbs olunub. Bu şəxslərlə yanaşı, XDK xaricində terror təşkilatı ilə digər əlaqələri səbəbiylə 8 bələdiyyə məclisi üzvü həbs olunub, indiyə qədər terror təşkilatı üzvü olan 18 məclis üzvü haqqında istintaq davam etdirilir.
***
İstintaq çərçivəsində əldə edilən məlumat və sənədlərə görə, İBB Bələdiyyə Başçısı Əkrəm İmamoğlu, İBB baş katibinin müavini Mahir Polad, Şişli Bələdiyyə Başçısı Rəsul Əmrah Şahan, İslahat İnstitutunun sədri Məhmət Əli Çalışkan, qaçaq şübhəli A.B., PKK təşkilatının ideoloji sahə strukturunda fəaliyyət göstərdiyi təsbit edilən A.B., və onun sahibi olduğu “Spectrum House” işçisi və 2018-ci ildə terror təşkilatının kənd ərazilərinə kadr köçürmə ilə bağlı sübutlar olan H.A. və Şişli Bələdiyyə sədrinin müavini Ebru Özdemir “şəhər konsensusu” fəaliyyətində iştirak edib.
İBB-yə bağlı olan İstanbul Planlama Agentliyi və BİMTAŞ-da terror təşkilatı üzvlərininvə tərəfdarlarının işə götürüldüyü də ifadə edilən açıqlama deylir. “Bələdiyyə məclis üzvlərinin siyahılarının digər şübhəlilərlə birlikdə təsdiq ilə müəyyən edildiyi nəzərə alınaraq, şübhəli Əkrəm İmamoğlunun bilə-bilə PKK terror təşkilatına yardım etmə cinayətini törətdiyi anlaşılır. Bu səbəbdən İstanbul Polis İdarəsi Terrorla Mübarizə Şöbə Müdirliyinə yuxarıda adı çəkilən 7 şübhəli ilə bağlı eyni vaxtda tutulma, saxlama, axtarış və ələ keçirmə əməliyyatlarının aparılması əmri verilib”.