vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 19 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
14:48 | 19 mart 2025 | Çərşənbə Məqaləyə 11 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ukrayna üçün qəbuledilməz sülh

Ağlı başında olan adam bu şərtlərə razı olmamalıdır

Yeganə HACIYEVA

MÖVZU İLƏ ƏLAQƏLİ

Ən yeni tarixdə Avropanın təhlükəsizliyi üçün ciddi risklər formalaşdıran, bu coğrafiyada xəritələri dəyişə bilən bir neçə alyans olub.

Avropa üçün dəhşətli nəticələr verən alyanslardan biri İkinci Dünya müharibəsində Avstriyanın İtaliya ilə sərhəddə, Brenner keçidindəki Brennero kəndində qurulub.

18 mart 1940-cı ildə kiçik Brennero kəndindəki qatar stansiyasında faşist düşüncə daşıyıcısı iki Avropa lideri, üçüncü Avropa ölkəsinə qarşı alyans qurub.

Qatar kupelərinin birində Almaniya lideri Hitler, İtaliyanın rəhbəri Mussolini ilə saat yarımlıq görüşündə Böyük Britaniyaya qarşı alyans formalaşdırır.

Bu alyansın Avropa üçün hansı nəticələr verməsi tarifi oxuyan hər kəs üçün bəllidir məncə..

Həzrət Əli deyirdi ki, dünyanın keçmişi gələcək üçün ibrət aynasıdır, çünki keçmişlə gələcək bir-birinə bənzəyir.

O, deyirdi ki, “dünyanın sonu əvvəlinə bağlıdır, keçib getmişdir, qalan zamanın da hamısı gələcəkdir, olub bitmişdir”.

İndi, 65-ci il sonra, 2025-ci il 18 mart tarixində Avropanın xəritəsini dəyişəcək yeni bir alyans qurulub.

Dünən, ABŞ prezidenti Tramp və Rusiya prezidenti Putin növbəti dəfə Avropanın xəritəsini dəyişdirməyə hesablandığı saat yarımlıq telefon danışığı keçirdi.

Bu görüş, şərtlər, nəticəsi və s. haqda fikirlərimi geniş yazmadan, bir neçə həll edici məqama toxunmaq istəyirəm.

– ABŞ prezidenti Tramp üçün Ukrayna ABŞ və Rusiya arasında möhkəm münasibətlərə gedən yolda sadəcə bir maneədir.

– Bu yolda olan maneəni aradan qaldırmaq üçün ilk növbədə Kursk bölgəsi üzərində Rusiyanın nəzarəti bərpa etməsini təmin etmək lazım idi.

– ABŞ-ın yardımının dayandlrılması ilə Ukrayna ordusu məqsədli zəiflədildi ki, Rusiya Kursk bölgəsi üzərində nəzarəti geri ala bilsin.

Növbəti addım kimi ABŞ prezidentinin məqsədi Rusiya-ABŞ münasibətlərini tam bərpa etməkdir.

Bunun üçün isə ABŞ həm də Ukraynanı təslim olmağa məcbur etməlidir.

Danışıqlarda Ukrayna hesabına qəbuledilməz “sülh” şərtləri təklif olunur ki, istənilən ağlı başında olan adamın davranmalı olduğu kimi Zelenski (hərçənd onun ağılı başında olmasına ciddi şübhələr var) də bu şərtlərə razı olmamalıdır.

Bu halda isə ABŞ Ukraynanı “sülhdən” imtina etməkdə ittiham edəcək.

Təxminən, “Putin atəşkəsə hazırdır, lakin Ukrayna şərtləri rədd edir”, “sülh” istəmir kimi.

Beləliklə, ABŞ Ukraynanı günah keçisi edərək, danışıqlardakı uğursuzluqda Zelenskini günahlandıracaq.

Bu arada, telefon zəngin daha öncədən planlaşdırılmasına baxmayaraq, Rusiya prezidenti Putin, ABŞ prezidenti Trampı təxminən 90 dəqiqə gözlədib.

Davam edən 90 dəqiqəlik telefon danışığı zamanı isə, Trampla Putin Ukraynanın kritik enerji infrastrukturuna hücumlara 30 gün müddətinə moratorium qoyulması haqqında razılığa gəliblər.

Söhbətdən bir saat sonra isə Rusiya Donetsk vilayətinin Slavyansk şəhərində elektrik şəbəkəsini raketlərlə sıradan çıxarıb, şəhəri işıqsız qoyub, infrastrukturları iflic edib.

Mənim fikrimcə Rusiya ilə razılaşmalar, müqavilələr haqqında ən dürüst sözü çeçen hərbçisi və dövlət xadimi Cövhər Dudayev deyib.

Ruslarla bağlanan müqavilə, suya yazılan yazı kimidir.