vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 19 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
16:46 | 19 mart 2025 | Çərşənbə Məqaləyə 13 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qlobalist çevrələrin günü

“Süddən çıxmış ağ qaşıq” axtarmağa da lüzum yoxdur

Əziz ƏLİBƏYLİ, Sosial Tədqiqatlar Mərkəzininin Media və Kommunikasiya Departamentinin rəhbəri

MÖVZU İLƏ ƏLAQƏLİ

Hələlik Əkrəm İmamoğlu kimi bir rəqib siyasətdən kənarda qalmış kimi görünür.

Hadisələri qabaqlamaq doğru olmaz, lakin bütün maraqlı tərəflərin mövqelərinin açıq təhlili göstərir ki, İmamoğlu siyasi fiqur kimi gələcəyə saxlanıldı. Onun siyasi karyerası həbsdə olmuş liderlərin sırasına qatılmaqla böyük bir sıçrayış edə də bilər, amma izlədiyi yola görə etməyə də bilər. Eyni zamanda müəyyən qırmızı xətləri tapdalaması və müxalifətlə yanaşı, dövlətdə də müəyyən daxili icraedici və qərarverici gücün maraqlarını pozduğu üçün birdəfəlik silinə də bilər.

Belə də ki,  aid olduğu qlobalist çevrələrin dünyadakı günü də qaradır, bu baxımdan Türkiyə daxilində daha fərqli siyasi simalar peyda olmaqla, hərəkətsiz, passiv siyasi lideri dərhal əvəzləməyə getmək də daha ağlabatandır.

Göründüyü kimi, onun qaradənizliliyi, kürd kartı, qlobalistlərdən olması, diplom məsələsi və s. kimi faktorlara görə namizədliyi mümkünsüz vəziyyətə gəlir.

Bəs, İmamoğlunun ən ideal alternativi kimdir?

Şübhəsiz ki, bütün hallarda əsas fiqur kimi Mansur Yavaş ön plana çıxır.

Növbədənkənar seçkilər olacağı təqdirdə (ki olacaq) Ərdoğan – Yavaş yarışının şahidi olacağıq.

Burda isə ssenari və vəziyyət daha maraqlı şəkil almağa doğru gedəcək.

Hər halda “süddən çıxmış ağ qaşıq” axtarmağa da lüzum yoxdur. Şahmat ustası dəstəyini də alaraq gedişini edir.

Türk xalqı üçün xeyirlisi olsun.