

Nitsada 4.1 bal gücündə təkanlar qeydə alınıb
81 yaşlı ovçu nəsli kəsilməkdə olan ayını vurduğu üçün mühakimə olunur
Polis aylarla davam edən işğaldan sonra miqrantları Paris teatrından çıxarmağa başlayır
“La Gaite Lyrique”ə sığınan 400-dən çox gənc miqrant evakuasiya edilib
Avropada qırmızı xəbərdarlıq – 2 dəfə artıb, 38 ölüm qeydə alınıb
Ağ Ev: “Onlar minnətdar olmalıdırlar”
Polisin girə bilmədiyi şəhərətrafı ərazilərdə cinayətkar dəstələr və zorakılıq artır
Fransalı siyasətçi ABŞ-a hədiyyə edilən simvolu tələb edir
“Z nəsli” Avropa silahlı qüvvələrini gücləndirir, yoxsa zəiflədir?
Bakıya düşmən münasibət bəsləyən Fransa, Daşkənddə dost axtarır
2024-cü ildə Fransada dini və etnik cinayətlər artıb
Yelenaya son səfərində gəmi-gəmi gəzən Napolen
Fransanın yeni qablaşdırma vergisi çörək bişirənləri qəzəbləndirdi
Fransa dondurulmuş Rusiyanın aktivləri ilə Ukraynaya maliyyə ayıracaq
Putin Makronu Rusiyanı “təhlükə” olaraq gördüyünə görə tənqid etdi
Medvedev Makronun xəbərdarlığını ələ salıb
Fransada təcili yardım otaqlarında gözləmə müddətləri son 10 ildə əhəmiyyətli dərəcədə artıb. 2023-cü ildə xəstələrin yarısı təcili yardım otaqlarında 3 saatdan çox vaxt keçirdi. Bu, 2013-cü illə müqayisədə 45 dəqiqə çoxdur. 75 yaşdan yuxarı xəstələrin 36 faizi 8 saatdan çox gözləyir. Fransada xəstəxanalarda yataq tutumunun azalması problemi daha da dərinləşdirir.
Fransa Səhiyyə Nazirliyinə bağlı Dris tərəfindən bu gün (19 Mart 2025-ci il) dərc edilən hesabata görə, artımın ən əhəmiyyətli səbəblərindən biri xəstələrin randevu ala bilmədikləri üçün təcili xidmətlərə müraciət etməsidir. 2013-cü ildə bu nisbət 13 faiz olduğu halda, 2023-cü ildə 21 faizə yüksəlib.
Xüsusilə 75 yaşdan yuxarı xəstələr bu vəziyyətdən ən çox təsirlənən qrup idi. 75 yaşdan yuxarı xəstələrin 36 faizi təcili yardım otağında 8 saatdan çox vaxt keçirməli olub.
Hesabatda xəstəxana çarpayılarının sayının azalması da vurğulanır. Son 10 ildə xəstəxanalarda yataq tutumu 11 faiz – 43 min çarpayı azalıb. Bu, xəstələrin təcili yardım otağından birbaşa xəstəxanaya yerləşdirilmə sürətinə də mənfi təsir edir.
Fransada səhiyyə sisteminin yaşadığı bu böhran mütəxəssislər tərəfindən həyəcan verici hesab edilir və səhiyyə siyasətlərinə yenidən baxılması lazım olduğu bildirilir.