vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 20 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
BANK, BİRJA, SIĞORTA  
23:06 | 19 mart 2025 | Çərşənbə Məqaləyə 14 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Proqnozlar yaxşı heç nə vəd eləmir

“JPMorgan” Türkiyənin il sonu inflyasiya proqnozunu yüksəldib

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

“JPMorgan”, məzənnədəki sıçrayışı və İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlunun həbs qərarından sonra qiymətləndirməsində inflyasiya gözləntilərini yuxarıya doğru dəyişib.

İlin sonuna inflyasiya proqnozu 27,2 faizdən 29,5 faizə qaldırılıb.

“JPMorgan” iqtisadçısı Fateh Ağçelik, Əkrəm İmamoğlunun saxlanılmasından sonra paylaşdığı hesabatda inflyasiya gözləntilərinə yenidən baxıb.

Qurum dezinflyasiya prosesinin daha yavaş bir templə davam edəcəyini və 2025-ci ilin sonu inflyasiya gözləntisini 27,2 faizdən 29,5 faizə, mart ayı inflyasiya gözləntisini isə 2,3 faizdən 3,2 faizə endirib.

Hesabatda Türkiyə Mərkəzi Bankının aprel ayından başlayaraq hər iclasında faiz dərəcələrini 150 baza bəndi azaldacağı proqnozlaşdırılıb və il sonu faiz dərəcəsi proqnozu 30 faizdən 35 faizə qaldırılıb.

Əcnəbilərin lirə ilə ticarət mövqelərinin 35 milyard dollar, Türkiyə dövlət istiqrazlarında xarici payların 19,6 milyard dollar, səhmlərdəki xarici payların isə yüzdə 37, 34,5 milyard dollar olduğu bildirilib.