vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 20 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
AVROPA  
23:38 | 19 mart 2025 | Çərşənbə Məqaləyə 10 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Papa Fransis sağalır

Vatikan: “Qeyri-invaziv mexaniki ventilyasiya dayandırılıb”

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Vatikan, bir aydan çox tənəffüs yoluxucu xəstəliklərdən xəstəxanada müalicə olunan katoliklərin ruhani lideri və Vatikanın dövlət başçısı Papa Fransiskin sağalmasının davam etdiyini açıqlayıb.

Vatikan fevral ayında keçirdiyi ağır bronxit səbəbiylə ikitərəfli pnevmoniya diaqnozu ilə 33 gündür Romadakı Gemelli Xəstəxanasında müalicə olunan 88 yaşlı Papanın vəziyyəti ilə bağlı son sağlamlıq hesabatını bu gün paylaşıb.

Vatikanın paylaşdığı hesabatda, “Papa sağalmağa davam edir. Papa üçün qeyri-invaziv mexaniki ventilyasiya dayandırılıb və onun yüksək axınlı oksigen terapiyasına ehtiyacı da azalıb. Fiziki müalicə və tənəffüs fizioterapiyası ilə sağalma davam edir”, – deyilir.

Bu arada İtaliya mətbuatında çıxan xəbərlərdə də həkimlərin Papanın ağciyər infeksiyalarının nəzarət altında olduğunu ifadə etdiyi qeyd edilib.

***

Roma Papası Fransis fevralın 9 və 12-də keçirilən iki ictimai tədbirdə bronxit və nəfəs almaqda çətinlik çəkdiyini əsas gətirərək çıxış edə bilməyib və köməkçilərindən onun çıxışlarının mətnini oxumağı xahiş edib.

Fevralın 14-də Gemelli xəstəxanasına aparılan Papanın tənəffüs yollarında polimikrob infeksiyası olduğu bildirilib.

Vatikan fevralın 18-də Papanın ikitərəfli pnevmoniyaya tutulduğunu və onun klinik vəziyyətinin mürəkkəb olduğunu açıqlayıb.

Fevralın 22-də astma tutması keçirən Papanın vəziyyətinin ağır olduğu bildirilib.

Vatikan fevralın 28-də bronxospazm tutması keçirən Papanın bronxoaspirasiya edildiyini, mexaniki ventilyasiyaya başlandığını və müalicəyə müsbət cavab alındığını qeyd etmişdi.

Katolik ruhani lideri martın 3-də iki dəfə kəskin tənəffüs çatışmazlığından əziyyət çəkdi və qeyri-invaziv mexaniki ventilyasiya ilə yenidən işə salınıb.

Martın 4-dən stabil olan Papada cüzi sağalma əlamətləri görünməyə başlamışdı.

Papanın martın 12-də çəkilmiş döş qəfəsinin son rentgenoqrafiyasının əvvəlki günlərdə qeydə alınan yaxşılaşmaları radioloji olaraq təsdiq etdiyi bildirilir.

Martın 16-da Vatikan Papa Fransisin xəstəxana otağında kilsədə dua edərkən fotosunu paylaşıb. Bu şəkil Papa xəstəxanaya yerləşdirildikdən sonra ilk paylaşılan şəkil olub.