
Sələfinin vəliəhdi
Katolik kilsəsinin ilk Amerika papası Prevost kimdir?
Katolik kilsəsinin ilk Amerika papası Prevost kimdir?
Vatikanda amerikalı keşişlərin mövqeyi güclənib
XIV Leo kilsəsinin LGBTQ-yə tolerant münasibətini aradan qaldıracaq
Robert Fransis Prevos katoliklərin yeni ruhani lideri oldu
Sikstin kapellasınln bacasından ağ tüstü qalxır
Günortadan sonra növbəti səsvermə keçiriləcək
Yeni Papanı dünyaya elan edəcək Dominik Mamberti kimdir?
Kardinallar Sikstin kapellasına qayıdıblar, 4 səsvermə keçiriləcək
Vatikan səsvermənin ilk turunda yeni Papa seçə bilməyib
Tarixində ilk dəfə ən çox bölünmüş katolik kilsəsində dramatik Konklav
Kilsə tarixində iz qoyacaq seçki başladı
Gizlilik andı alındı, seçki başladı
Pekin Tayvan liderinin dəfn mərasimində iştirakına mane oldu
Vatikanın bacası quruldu, nəzərlər tüstüyə dikildi
Məşhur rejissor Skorseze mərhum Papa haqqında film çəkəcək
Papa öldü, avro sikkələr dəyər qazandı
Katoliklərin ruhani lideri və Vatikan dövlətinin başçısı Roma Papası Fransiskin dünənki bronxospazm tutması və bunun nəticəsində tənəffüsünün pisləşməsindən sonra gecəni sakit keçirdiyi, daha bir tutma keçirmədiyi və vəziyyətinin stabil olduğu bildirilib.
Vatikan fevralın əvvəlində keçirdiyi ağır bronxit səbəbiylə 16 gündür Romadakı Gemelli Xəstəxanasında müalicə alan və ikitərəfli pnevmoniya diaqnozu qoyulan 88 yaşlı Papanın sağlamlıq vəziyyəti ilə bağlı axşam saatlarında yeni açıqlama verib.
“Papanın klinik vəziyyəti stabil olaraq qalıb. O, mexaniki ventilyasiyanı uzunmüddətli yüksək axınlı oksigen terapiyası ilə əvəzləyib və qaz mübadiləsinə həmişə yaxşı reaksiya verib. Papanın hərarəti yoxdur və leykositoz aşkarlanmayıb”, – məlumatda deyilir.
***
Papanın hemodinamik parametrlərinin sabit qaldığı bildirilən açıqlamada, “O, müntəzəm olaraq tənəffüs fizioterapiyası edərək qidalanmağa və aktiv şəkildə əməkdaşlıq etməyə davam edib. Bronxospazm tutması olmadı”, –deyilib.
Vatikandan günorta saatlarında edilən açıqlamada Papanın dünənki bronxospazm tutmasından sonra gecəni sakit keçirdiyi və dincəldiyi, dünənki krizdən sonra bir daha tutması olmadığı və qızdırmasının olmadığı bildirilib.
Qeyd olunub ki, həkimlər xəstəliyin gedişi ilə bağlı ehtiyatlı yanaşmalarını davam etdirirlər.