

“JPMorgan” Türkiyənin il sonu inflyasiya proqnozunu yüksəldib
İstanbul Cümhuriyyət Baş Prokurorluğu İBB sədrinin ortağı olduğu şirkətin müsadirəsinə çalışır
Avropa Birliyi ABŞ, Böyük Britaniya və Türkiyəni müdafiə fondundan kənarlaşdıracaq
“Süddən çıxmış ağ qaşıq” axtarmağa da lüzum yoxdur
İmamoğlunun həbsinə qarşı çıxan insanlar küçələrə axışdı
Qızılın qiymətində rekord dalınca rekord
İmamoğlu milli adam deyil, türklük vizyonu yoxdur
Mansur Yavaş: “Bu hadisədən sonra Türkiyənin AB-yə qəbulu mümkün deyil”
İmamoğlunun həbsindən sonra İBB-dən ilk açıqlama
Əkrəm İmamoğlu üçün verilən həbs qərarından sonra valyuta qiymətlərində partlayış
Jurnalist İsmayıl Saymaz “Gezi parkı” istintaqı ilə bağlı həbs olunub
Terror təşkilatı liderləri Cəmil Bayık və Mustafa Qarasu ilə bağlı təfərrüatlar
Səhər saatlarında başlanan həbslər iqtisadiyyatı çökdürdü
100 nəfərin saxlanılması ilə nəticələn əməliyyat üzrə iki cinayət işi açılıb
Əkrəm İmamoğlunun da olduğu 100 nəfərin həbs qərarı narazılıqla qarşılanıb
İBB daxil olmaq iki rayon bələdiyyəsində axtarışlar başlayıb, 100 nəfər həbs olunub
MHP lideri Baxçalı və PKK lideri Öcalan vasitəsilə aparılan kürd açılımı, habelə İstanbul Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu ətrafında cərəyan edən hadisələr növbəti prezident seçkilərinin çox da uzaqda olmadığına işarə edir. 2028-ci il üçün nəzərdə tutulan prezident seçkilərinin bu ilin payızında növbədənkənar əsasda keçirilməsi ehtimalı olduqca yüksəkdir.
Yeni idarəçilik sistemində ikinci prezidentlik müddətini keçirən Ərdoğanın növbəti dəfə də namizəd olmaq istədiyi məlumdur, lakin mövcud Türkiyə konstitusiyası bir şəxsin iki dəfədən artıq prezident olmasına imkan vermir. Bununla belə, ölkə qanunvericiliyindəki istisnaya əsasən, Prezidentin ikinci səlahiyyət dövründə parlament tərəfindən növbədənkənar seçkiləri təyin edilirsə, ikinci səlahiyyət müddətini tamamlaya bilməyən həmin prezident daha bir dəfə namizəd ola bilər. Yəni, Türkiyə Böyük Millət Məclisi tərəfindən növbədəkənar seçkilər təyin edilsə, Ərdoğan yenidən namizəd ola biləcək və qalib gəlsə ikinci səlahiyyət dövrünü 2030-cu ilədək uzadacaq.
Türkiyə qanunvericiliyi prezidentlik üçün ali təhsil şərtini nəzərdə tutduğuna görə, İmamoğlunun diplomunun ləğv edilməsi onun qarşıdakı prezident seçkilərində namizədlik yolunu bağlayır. Natiqliyinə və kütlələrə təsir etmək qabiliyyətinə görə Ərdoğana bənzədilən İmamoğlunun əsas üstünlüyü müxtəlif ideoloji qruplardan dəstək ala bilməsidir. İmamoğlunun yarışdan kənarlaşdırılmasının başlıca səbəbi şübhəsiz ki, onun kürdlərdən səs almaq potensialıdır. Budəfəki seçkilərdə “açılım” vasitəsilə kürdləri öz tərəfinə çəkməyə çalışan Ərdoğan rəqibi kimi türk milliyyətçisi profilində olan Mansur Yavaşı görmək istəyir. Çünki kürd seçicilərin Mansur Yavaşa dəstək verməyəcəyi barizdir. Paralel aparılan kürd açılımı və İmamoğlunun yarışdan kənarlaşdırılması da məhz eyni strategiyanın tərkib hissəsi sayıla bilər.
2023-cü ilin may seçkilərində qalib gəldiyində Ərdoğan barədə yazmışdım ki, o, əsl siyasət ustasıdır, çünki öz tərəfdarları ilə yanaşı, müxalifəti də idarə edir, mövcud şərtlərdə ən münasib rəqibi müəyyən etməyi bacarır.
Mansur Yavaşın mümkün namizədliyi və potensialı barədə ayrıca müzakirələr olacaq. Onu deyim ki, budəfəki seçkilərdə ofsayda düşəcəksə belə, məncə, İmamoğlu Türkiyə siyasətinin gələcəyində xüsusi rol oynayacaq. Birincisi, hökumətin “dolaylı” yollara əl atmağa məcbur olması İmamoğlunun siyasi potensialı təsdiq edir, bu da onun ictimai nüfuzunu daha artıracaq. İkincisi, nəzərə almaq lazımdır ki, Ərdoğan kimi İmamoğlu da Türkiyənin ən yerlipərəst zonası sayılan Qara dəniz bölgəsindədir. Qara dənizlilər eyni zamanda siyasi güc və sərvət baxımından ölkənin ən imtiyazlı təbəqəsi hesab olunurlar. Ərdoğandan sonra, Qara dənizli elitlərin İmamoğlu ətrafında cəmləşə biləcəyinə şübhə etmirəm. Bir sözlə, Ərdoğan indiki mərhələdə İmamoğlunu kölgədə saxlasa belə, zamanın hökmü İmamoğlunun xeyrinədir. Bir zamanların nəhəng Ərbakanını təqaüdə göndərən gənc Ərdoğan üçün də eyni aqibət qaçılmazdır.