vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 20 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
BÖHRAN  
20:42 | 19 mart 2025 | Çərşənbə Məqaləyə 35 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Çinin Panama kanalı dilemması

Honq-Konq firmasının ABŞ şirkətləri ilə liman razılaşması Pekini qəzəbləndirdi

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Panama kanalındakı iki limanın ABŞ-a satılması ilə bağlı aparılan danışıqlar Çin administrasiyasını çətin vəziyyətə salıb.

Honq-Konqda yerləşən “CK Hutchison Holdings” Panama kanalının hər iki tərəfindəki strateji limanlardakı payını Amerika aktivlərinin idarə edən firma – “BlackRock”un rəhbərlik etdiyi konsorsiuma 22,8 milyard dollara satmağa razılaşıb. Müqavilə 23 ölkədə 43 limanı, həmçinin Panama Kanalı limanlarını əhatə edir. Honq-Konqlu milyarder iş adamı Li Ka-şinq tərəfindən qurulan “CK Hutchison” Çin hökumətinə məxsus olmayan, lakin mərkəzi ofisi Honq-Konqda olduğu üçün Çin maliyyə qanunlarına əsasən fəaliyyət göstərən şirkətdir.

“The Wall Street Journal” (WSJ) yazır ki, Honq-Konq konqlomeratının razılaşmadan əvvəl Pekinlə məsləhətləşməməsi Çin lideri Si Cinpinqi qəzəbləndirib.

Qəzetə adının açıqlanmasını istəməyən mənbələr bildiriblər ki, Si əvvəllər Panama kanalı ilə bağlı müzakirələrdən ABŞ prezidenti Donald Trampa qarşı təsir vasitəsi kimi istifadə etməyi planlaşdırıb.

Tramp vəzifəyə gələn kimi Panama kanalının Çin tərəfindən idarə olunduğunu iddia edib və ABŞ-ı kanala nəzarəti geri almağa çağırıb. Martın 4-də Konqresdəki çıxışında Respublikaçı lider razılaşmanı qələbə kimi müdafiə edərək, “Mənim administrasiyam Panama kanalını geri alacaq və biz bunu artıq etməyə başlamışıq”, – demişdi.

Pekin administrasiyasının ötən həftə verdiyi açıqlamada, hadisələri Çin xalqına xəyanət kimi qiymətləndirib.

“Bloomberg” xəbər verir ki, Cinpinq Dövlət Bazar Tənzimlənməsi Administrasiyasına və Ticarət Nazirliyinə mümkün əks-strategiyaları müəyyən etmək üçün sövdələşməni nəzərdən keçirməyi tapşırıb.

“WSJ” qeyd edir ki, müqavilə hələ imzalanmasa da, kanaldakı limanların satılması Çini çıxılmaz vəziyyətə salacaq. Yazılır ki, Honq-Konq şirkətinin Çin Kommunist Partiyasının (ÇKP) maraqlarına zidd hərəkətlərinə verilən sərt cavab Cinpinqin “güclü lider” imicini qorumaq üçün qaçılmazdır. Digər tərəfdən, Pekin sövdələşməni birbaşa əngəlləmək üçün aqressiv addımlar atsa, bu, Vaşinqtonla onsuz da gərginləşmiş münasibətləri daha da pisləşdirə bilər.

Tramp Çinə tarifləri iki dəfə artıraraq “ticarət müharibəsi”ni alovlandırdı. “WSJ” bildirib ki, Pekinin cavab tədbirləri "təmkin və gərginliyi nəzarətdə saxlamaq istəyini nümayiş etdirdi".

Dünən Honq-Konqda Pekin administrasiyasına yaxın qəzet olan “Ta Kung Pao”da dərc olunan təhlildə deyilir ki, razılaşma tamamlanarsa, Panama kanalı siyasiləşəcək və Çin gəmilərinə məhdudiyyətlər, əlavə ödənişlər və sanksiyalar tətbiq oluna bilər.