vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 20 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
TƏBİƏT, İQLİM, FƏLAKƏT  
22:16 | 19 mart 2025 | Çərşənbə Məqaləyə 15 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

220 ölkə, 940 şəhər ...

Dünyada hər beş nəfərdən biri iqlim dəyişikliyinin təsirini hiss edir

MEHİN

MÖVZU İLƏ ƏLAQƏLİ

“Climate Central” müstəqil elmi təşkilatı 2024-cü ilin dekabrı – 2025-ci ilin fevral ayları arasında iqlim dəyişikliyinin təsirləri haqqında hesabat dərc edib.

Hesabatda göstərilir ki, dünya əhalisinin 20 faizi insanların yaratdığı iqlim dəyişikliyinin təsirlərini güclü şəkildə hiss edir.

Sözügedən dövrdə kömür, benzin və metan qazı emissiyalarının hava istiliyinə təsirlərini araşdıran hesabat 220 ölkə və 940 şəhərdəki orta hava istiliyinə əsaslanıb.

Hesabatda qeyd edilib ki, bu müddət ərzində dünyada hər 5 nəfərdən 1-i “qeyri-adi temperatur” yaşayıb, yəni insan səbəb olduğu iqlim dəyişikliyinin təsirləri birbaşa hiss olunub.

Hesabatda bu dövrdə dünyada 394 milyon insanın “riskli” isti hava ilə üzləşdiyi və bu insanların 74 faizinin Afrikada yaşadığı bildirilib.

Hesabatda 2025-ci il fevralın 28-də dünya əhalisinin təxminən 37 faizini təşkil edən 3 milyard insanın “riskli” isti hava ilə üzləşəcəyi bildirilib.