Sabah gilavar əsəcək
Mayın 2-də Bakıda 22 dərəcə isti gözlənilir
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Erməni yalanlarını darmadağın edən nəşr
“Həqiqətin onomastikası” ingilis dilində işıq üzü görüb
-
Sudan istifadənin elektron bazası
Bütün məlumatlar sistemə daxil olacaq
-
ETSN-dən kreativ layihə
Bakıda “Plastik butulkanı ekoçantaya dəyiş” aksiyası keçirilir
-
Astara və Lerikdə ekoloji qətliam
Meşələrdə ağacları kütləvi şəkildə kəsən dəstə üzvləri ifşa edilib
-
Arabir yağış yağacaq
Sabah Bakıda 9 dərəcə isti olacaq
-
Güclü külək xəbərdarlığı
Zəif duman və çiskin də gözlənilir
-
Yollar buz bağlayacaq
Şaxta olacaq, qərb küləyi əsəcək
-
Soyuq hava hardan gəlib?
Yüksək ərazilərində qar örtüyü yaranacaq
-
Ötən il nə qədər meyvə yığılıb?
Meşə təsərrüfatının illik statistikası açıqlandı
-
45 gün möhlət
Nazirlik karxanalara tələblərini irəli sürdü
-
Hərarət 41 dərəcə olacaq
Meteohəssas insanlar sabah ehtiyatlı olsunlar
-
İsti yenidən rekord olacaq
Hərarət 43 dərəcəyə çatacaq
-
Azərbaycanda Afrika istisi!
“Temperatur 41 dərəcə olacaq”
-
Anomal istilər gəlir
Nazirlik xəbərdarlıq yaydı
-
Temperatur sürətlə yüksəlir
Bakıda yağmursuz və küləkli hava olacaq
-
Bayram günü cənnət havası
Mülayim cənub küləyi əsəcək
Mayın 2-də gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 9-13, gündüz 18-23, Bakıda gecə 10-12, gündüz 20-22 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında mayın 2-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi qərb rayonlarında qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 8-13, gündüz 22-27, dağlarda gecə 4-9, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza görə, mayın 02-04-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.