vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 19 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
ELM-TƏHSİL, DİN  
15:25 | 19 mart 2025 | Çərşənbə Məqaləyə 13 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ASA-nın yeni vizyonu

Akademiyanın kommunikasiya strategiyası beynəlxalq aləmdə söz sahibi olmaqdır

Azər NƏZƏROV

Azərbaycan İdman Akademiyası (ASA) öz rebrendinqinin birinci mərhələsini tamamladı. Təbii ki, rebrendinq deyəndə bir çox hallarda yenilənmiş loqo göz önünə gəlir, amma mən burada yeni loqodan yox, Akademiyanın yeni kommunikasiya strategiyasından danışmaq istəyirəm.

Məlumunuzdur ki, Baş nazirin 13 may 2024-cü il tarixli sərəncamı ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının yenidən təşkili və nizamnaməsinin təsdiq edilməsi haqqında qərar verilib və həmin tarixdən sonra Akademiya Publik hüquqi şəxsə çevrilərək Azərbaycan İdman Akademiyası adlandırılmağa başlanılıb.

Yəni söhbət sadəcə yeni loqonun hazırlanmasından yox, yeni imicin formalaşmasından, dövlətin idman siyasətinə olan yeni baxışının cəmiyyətə çatdırılmasından, yerli və beynəlxalq əmək bazarının tələblərinə uyğun yeni kadrların hazırlanmasından və bu imkanların kommunikasiya olunmasından gedir.

Sözü gedən tarixdə akademiya rəhbərliyi tərəfindən bu yenilənmə yolunda peşəkar, müasir standartlara cavab verən kommunikasiya işinin qurulması üçün dəvət olunduqda artıq özümüzü yeni və müasir tələblər üzərində vizyon formalaşdırmış peşəkarlar içində tapdıq.

Bu peşəkar heyətlə idman akademiyasının yeni başlanğıcı üçün daxili kommunikasiya, xarici kommunikasiya həlləri, eyni zamanda müasir tələblərə cavab verən hər tərəfli PR və böhran kommunikasiyası strategiyaları hazırlamaqla yanaşı, yeni PR və kommunikasiya komandası və strukturunun formalaşması, mətbuatla və rəqəmsal media ilə işlərin qurulması, imic formalaşması və fəlsəfəsinin hazırlanması prosesləri kimi bir çox öhdəlikləri uğurla həyata keçirdik.

Azərbaycan İdman Akademiyası (AİA) üçün qurulan uğurlu kommunikasiya strategiyası onun müasirləşən və beynəlxalq aləmdə söz sahibi olmaq vizyonu ilə tam üst-üstə düşür və tezliklə bu uğurlu nəticənin hamımız şahidi olacağıq.

Bütün Kommunikasiyası işləri PreMark komandası tərəfindən həyata keçirilmiş olsa da, imicin vizual əksi Şamil Ramazanovun timsalında “Parodox” komandası tərəfindən hazırlanıb.

Yeri gəlmişkən, bu gün Azərbaycan İdman Akademiyası əcnəbi müəllimlərin cəlb edilməsi və dünyanın tanınmış universitetləri ilə ikili diplom müqavilələrinə görə liderlər sırasındadır.