vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 19 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
ELM-TƏHSİL, DİN  
09:51 | 19 mart 2025 | Çərşənbə Məqaləyə 13 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bir şəxsin diplomu ləğv oluna bilərmi?

Cinayət və mülki prosessual məcəllələrdə deyilir ki, ...

Kamran ƏSƏDOV, ADPU-nun Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən universitetlər tərəfindən verilmiş diplomların ləğvi yalnız xüsusi hallar zamanı mümkündür və bu ciddi hüquqi prosedurlara əsaslanmalıdır.

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu diplomların verilməsi, onların tanınması və ləğvi ilə bağlı ümumi qaydaları müəyyən edir. Qanunun 29-cu maddəsinə əsasən, ali təhsil müəssisələri yalnız akkreditasiya olunduğu müddət ərzində dövlət tərəfindən tanınan diplomlar verə bilər. Əgər bir universitetin akkreditasiyası ləğv edilərsə ondan sonra onun verdiyi diplomların hüquqi statusu da sual altına düşər. Akreditasiya olduğu müddət ərzində verilmiş diplomlarda problem yoxdur.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi təhsil sənədlərinin saxtalaşdırılması və qanunsuz yollarla əldə edilməsi hallarına hüquqi qiymət verir. Əgər bir şəxs təhsil müəssisəsində saxtakarlıq yolu ilə diplom əldə etmişsə və bu fakt aşkarlanmışdırsa həmin diplom ləğv edilə bilər. Cinayət Məcəlləsinin 320-ci maddəsinə əsasən, rəsmi sənədlərin, möhürlərin, ştampların saxtalaşdırılması və ya qanunsuz istifadəsi cinayət məsuliyyəti yaradır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi isə diplomların ləğvi ilə bağlı məhkəmə icraatının qaydalarını müəyyən edir. Əgər diplomun qanunsuz yolla əldə edildiyi iddia edilirsə, bu məsələ məhkəmə qaydasında araşdırılmalı və müvafiq qərar qəbul edilməlidir.

Bundan əlavə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin təsdiq etdiyi “Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası” adlı normativ-hüquqi aktda təhsil sənədlərinin verilməsi və onların etibarsız hesab edilməsi ilə bağlı konkret prosedurlar göstərilir. Əgər bir şəxs universiteti bitirdiyi halda diplomu ləğv edilirsə, bunun hüquqi əsaslandırması və məhkəmə qərarı olmalıdır.

Diplomların ləğvi nadir hallarda baş verən və ciddi hüquqi əsaslar tələb edən bir prosesdir. Bu səbəbdən, belə bir vəziyyətlə qarşılaşan şəxslər müvafiq hüquqi müdafiə yollarını araşdırmalı və lazımi sənədlərlə məhkəmə və ya müvafiq dövlət qurumlarına müraciət etməlidirlər.