vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 19 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
REGİON  
12:52 | 19 mart 2025 | Çərşənbə Məqaləyə 12 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“İnancımız tamdır”

İmamoğlunun həbsindən sonra İBB-dən ilk açıqlama

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün səhər saatlarında başlayan əməliyyatda Əkrəm İmamoğlu və bir sıra digər şəxslərin saxlanılmasının ardından ilk açıqlama İstanbul Böyükşəhər Bələdiyyəsindən (İBB) gəlib.

“Şəhər konsensusu” və “korrupsiya” araşdırmaları nəticəsində həyata keçirildiyi deyilən əməliyyatın arından İBB-dən gələn açıqlamada, “Bu gün ölkəmiz və millətimiz üçün son dərəcə üzücü bir prosesə şahidlik edirik. Qanunun aliliyinə və demokratik iradəyə olan inancımız doğrultusunda, hadisələri diqqətlə izləyirik. Biz tam əminik ki, ədalət ən qısa zamanda bərpa olunacaq və bütün həmkarlarımız, xüsusən də sədrimiz öz vəzifələrinə qayıdacaqlar”.

Bu açıqlama Türkiyə İmamoğlunun yerinə mümkün müvəkkilin təyin edilib-edilməməsi ilə bağlı müzakirələr zamanı verilib.

Əməliyyatda Şişli Bələdiyyə sədri Rəsul Əkrem Şahan və Bəylikdüzü Bələdiyyə sədri Məhmət Murad Çalık da saxlanılıb.

İBB açıqlamasının davamı olaraq, “Bu prosesdə bizim ən əhəmiyyətli məsuliyyətimiz, indiyə qədər etdiyimiz kimi 16 milyon İstanbulluya fasiləsiz və keyfiyyətli xidmət göstərməyə davam etməkdir. Bütün həmkarlarımızla birlikdə vəzifəmizin başında olacağıq və eyni qətiyyətlə şəhərimizə qarşı məsuliyyətimizi davam etdirəcəyik. Hörmətlərimizi hər şeyin ən qısa zamanda daha yaxşı olacağına inanaraq təqdim edirik”.