
Məyusluq və narazılığın nümayişi
Prezident İlham Əliyevin Moskvaya getməməsi tamamilə təbiidir
Prezident İlham Əliyevin Moskvaya getməməsi tamamilə təbiidir
Əvvəllər işçi olan soydaşlarımız sahibkarlıqdan siyasətə, idmandan elmə qədər hər yerdə çoxalır
İki prezident arasında telefon danışığı olub
Türkiyədə hava limanındakı qiymətlər etiraza səbəb olur
Simonyan: “Rusiya Ermənistana qarşı hibrid müharibə aparır”
Azərbaycan Suriyanın inkişafında özünəməxsus yer tuta bilər
Stalin şalvarında və “sapoq”unda
Tel-Əviv münasibətləri düzəltmək üçün Bakıya imkan verməlidir
4,2 bal gücündə
Marixuananın tüstüsündən başgicəllənməyə tutulan 25 min insan hallüsinasiya görür
Azərbaycan geosiyasi sərhədlərin harada başlayıb, harada bitəcəyini bilir
Böyük buluşma mümkündürmü?
Trafikdə ən çox vaxt itirilən şəhərlərin sıyahısı
Almaniya vətəndaşlarına Türkiyə ilə bağlı xəbərdarlıq edib
Təkanlar 4.9 bal gücündə 11 km dərinlikdə olub
Böyükşəhər Bələdiyyəsini əhatə edən cinayətlər çərçivəsində həbslərin ikinci dalğası
Prezident İlham Əliyev “İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsi”nə qoşulmaq haqqında” Qanun imzalayıb. Sənəddə deyilir:
“Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikası 2012-ci il noyabrın 22-də İslamabad şəhərində imzalanmış “İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsi”nə qoşulsun”.
Beləliklə Azərbaycan İnkişaf etməkdə olan Səkkiz Ölkə Təşkilatının (D-8) üzvü oldu.
2024-cü il dekabrın 19-da Misirin paytaxtı Qahirədə keçirilən D-8 Təşkilatının 11-ci zirvə toplantısında Azərbaycan yekdilliklə bu təşkilata üzv qəbul edilib.
İnkişaf etməkdə olan Səkkiz Ölkə Təşkilatı (D-8)
D-8 Təşkilatı 15 iyun 1997-ci ildə İstanbulda yaradılıb. Türkiyə, Banqladeş, Misir, İndoneziya, İran, Malayziya, Nigeriya, Pakistan və Azərbaycanın da daxil olduğu təşkilatın katibliyi İstanbulda yerləşir.
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan D-8 ölkələrinin ümumi əhalisi təxminən 1,2 milyarddır. D-8-in ümumi xarici ticarət həcmi 2,3 trilyon dolları keçərək qlobal ticarətin təxminən 5 faizinə bərabərdir.
Təşkilatın əsas məqsədi inkişaf etməkdə olan ölkələrin dünya iqtisadiyyatında mövqeyini yaxşılaşdırmaq, onların ticarət əlaqələrini şaxələndirmək, üzv ölkələr üçün ticarət sahəsində yeni imkanlar yaratmaq və beynəlxalq səviyyədə qərarların qəbulu mexanizmlərində güclü iştirakını təmin etməkdir.
D-8 sülh, dialoq, əməkdaşlıq, ədalət, bərabərlik və demokratiya prinsiplərinə əsaslanır.
D-8-in əsas fəaliyyət istiqamətləri ticarət, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, sənaye, enerji, nəqliyyat və əlaqədir, eyni zamanda səhiyyə və turizm sahələrində də işlər aparılır.