vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 19 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
MÜBHƏM  
17:29 | 19 mart 2025 | Çərşənbə Məqaləyə 26 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Lahıc ustalarının əl işi – Monomax tacı

Yaqut, zümrüd və digər qiymətli daşlar ilə hazırlan 1 kiloqramlıq şahlıq simvolu

Zaur ƏLİYEV, dosent

MÖVZU İLƏ ƏLAQƏLİ

Vladimir Vsevolodoviç Monomax tarixə böyük siyasi xadim, sərkərdə və yazıçı kimi daxil olub. Eyni zamanda Türk kimliyinə qarşı geniş masştablı təzyiqlər də onun dövründən başlayıb. Qaynaqlar yazır ki, IX-XI əsrlərdə Kiyev hökmdarları türk titullarından da geniş istifadə ediblər. Xüsusən taxt-tac sahibi olanlar Xaqan adlanırdı.

Hakimiyyətə gələn Vladimir Monomax türk mədəniyyətinin izlərinin silinməsinə nail olan yunanmeyilli olaraq Kiyev knyazlarının şəcərəsini də dəyişməyi əmr edib. Anası Bizans imperatoru Konstantin Monomaxın qızı olduğundan bu ləqəbi qəbul etmiş Vladimir Uger adının İqor və digər adların slavyanlaşdırılmasının bünövrəsini qoyub.

Türklərə olan bütün nifrətinə baxmayaraq taxt-taca oturanda onun başına qoyulan çar tacı türklərin əl işi olub.

Hazırda Monomax tacı Kreml sarayının ən qədim eksponatlarından biridir. Rus çarları 1498-ci ildən 1682-ci ilə qədər bu tac qoyurdular.

Bu qızıl tac yaqut, zümrüd və digər qiymətli daşlar ilə hazırlanıb. Çəkisi 993,66 qramdır.

Bir versiyaya görə tac XIV əsrin başlanğıcında qüdrətli Qızıl Orda xanı Özbək xanı bacısına Moskva knyaginyası İvan Kalitanın böyük qardaşının arvadına verdiyi cehiz hədiyyələrdən biridir.

Digər versiyaya görə tacı rus zərgərləri hazırlayıblar.

Daha bir versiya isə Lahıc ustalarının əl işi olduğudur.

Lahıc ölkəmizin qədim sənətkarlıq mərkəzlərindən biri kimi tanınır. Burada misdən döymə üsulu ilə hazırlanan silahlar və qablar Lahıcı məşhurlaşdırıb. Uzun illər yerli ustaların düzəltdikləri qablar və silahlar bütün Qafqazda və yaxın Şərqdə çox həvəslə alınıb. Burada yaşayıb-yaratmış misgərlərin, zərgərlərin, sərracların, dülgərlərin, xalçaçıların, həkkakların, nəqqaşların, dabbaqların sifarişçiləri arasında Şərq və Qərbin elit ailələr var idi.

Lahıc Albaniyanın mühüm müdafiə əhəmiyyətli şəhər qalası olub. Tarix irəlilədikcə buranın əhəmiyyəti artıb. Varlı tacirlər Bakıdan, Tiflisdən, Gədəbəy, Borçalı və Zəngəzurun mis mədənlərindən xam mis alaraq dəvə karvanı ilə Lahıca yola salırdılar. Xaricdən də Hələb, İstanbul, İngiltərə və Həbəşistandan da Lahıca mis gətirilirdi. Eyni zamanda xüsusi zərgərlik sifarişləri də Lahıc ustalarına edilirdi.

Qeyd edilir ki, məhz Monomaxın tacı hazırlanan zaman orda olacaq qiymətli daşların cilalanması, formaya salınması və taca qoyulması üçün Lahıc ustalarına müraciət ediblər.

Hal-hazırda da dünyanın ən məşhur muzey və kolleksiyalarında saxlanılan Lahıc ustalarının əl işləri dediklərimizi təsdiq edir.