
“Bizansvari metod dəyişməz qalıb”
Tofiq Zülfüqarov: “Moskvaya düşmən olmaq təhlükəlidir, dost olmaq isə ölümcül”
Tofiq Zülfüqarov: “Moskvaya düşmən olmaq təhlükəlidir, dost olmaq isə ölümcül”
Zelenski: “Hər işğalçı sonunda gedəcək”
Stansiyanı örtən qoruyucu səthdə 15 metrlik dəlik açılıb
... Yaxud faşizm üzərində qələbəni qeyd edən raşistlər
... Yaxud 9 may “qələbə” paradı
Prezident İlham Əliyevin Moskvaya getməməsi tamamilə təbiidir
Yaxud 21-ci əsrin faşist ordusu faşizm üzərində qələbəni qeyd edir
Rusiyaya giriş qaydalarının dəyişməsi mənfi və müsbət tərəfləri
Rusiyanın Qələbə Günündə iştirak edən ölkələrin siyahısı açıqlanıb
Rusiyaya daxil olmaq istəyən əcnəbilər 72 saat əvvəl səfirliyə müraciət etməli olacaqlar
Lavrov: “Hamısı bizimlə müharibə aparır”
... Yaxud Qələbə paradında ucadan oxunan “Faust”
Almaniya İsraildən müdafiə sistemi alıb
Strateji tərəfdaş anlayışı tam mənasızlaşır
Qələbə paradı ərəfəsində Ukrayna ordusunun ikinci dəfə Rusiya torpağına girməsi Kremldə şok yaradıb
20 illik fövqəladə vəziyyət planı dəyişdiriləcək
İspaniyanın baş naziri Pedro Sançes Moskvanın təcavüzünü mükafatlandırmadan Ukraynada ədalətli sülhün əldə edilməsinin vacibliyini vurğulayıb. İspaniyanın Kantabriya bölgəsində keçirilən sol mərkəzçi İspaniya Sosialist İşçi Partiyasının (PSOE) qurultayında çıxış edən baş nazir Rusiyanın demokratiya və qaydalara əsaslanan nizamı təhdid etməyə davam etdiyini bildirib və İspaniyanın Rusiya ilə sərhədindəki ölkələrlə həmrəylik nümayiş etdirməli olduğunu vurğulayıb.
“Baş verənlər sadəcə bir müharibə və ya işğal deyil. Bundan qat-qat artıqdır və bu, özlüyündə əhəmiyyətli bir vəziyyətdir. Təhlükədə olan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində göstərilən prinsiplərə əsaslanan çoxtərəfli nizamdır”, – deyən Sançes sistemin qorunmasının vacibliyini əlavə edib.
Ukraynada “ədalətli və davamlı” sülhü hədəflədiklərini bildirən İspaniya lideri, “Sülh təcili ehtiyacdır, lakin bu, təcavüzkarı mükafatlandırmaq hesabına əldə edilməməlidir. Əks halda, gələcəkdə daha ciddi hücumlara yol açılacaq”, – deyib.
Sançes onu da açıqlayıb ki, Ukrayna Avropa Birliyinə (AB) qoşulmaq istəyirsə, Rusiya bu istəyə hörmət etməlidir.
Lakin Avropa ölkələrinin fərqli təhlükəsizlik reallıqları ilə üzləşdiyini etiraf edən Sançes deyib: “Avropanın şərqindəki müdafiə təhdidləri ilə İspaniyadakı təhlükəsizlik təhdidləri tamamilə fərqlidir”.
Buna baxmayaraq, İspaniyanın təhdid altında olan ölkələrə dəstək verəcəyini bildirən Baş nazir, “Baltikyanı ölkələr və ya Finlandiya kimi bəzi şimal ölkələri ilə müqayisədə biz Rusiyadan fiziki hücum riski daşımırıq. Lakin onların bizim həmrəyliyimizə ehtiyacı var və Rusiyanı qarşısını almaq üçün təhlükəsizlik imkanlarımızı birlikdə artırmağımızı tələb edirlər”, – deyib.
Sançes vurğuladı ki, İspaniya həm “maraq”, həm də “inam” əsasında Avropayönlü öhdəliyini davam etdirəcək.