

Çoxuşaqlı ailələrə müavinət ödənilməlidirmi?
Boz maddədə büzülmə müşahidə edilir
(hekayə)
Corc Vaşinqtonda Universitetində Azərbaycanla bağlı akademik müzakirələr aparılacaq
Subaylıq sultanlıq olsa da, sağlamlıq deyil
Yeni ana olmuş xanımların diqqətinə ...
Doğum evində möcüzə baş verib
7 yaşlı uşaqlar İQ testindən keçirilib
Həmişə deyirəm ki, uşaq olanda mədəmiz bulansa, çörək yedirər, qrip olsaq yatanda gedərdi, başımız ağrısa, “uşaqların başı ağrımaz”, yata bilməsək “oyuncaqlarını düşün, şirin yuxular görəcəksən” deyərdilər.
Əgər oxumağı və yazmağı öyrənə bilmirsənsə, ya “tənbəl”sən, ya da “yavaş-yavaş öyrənirsən”. Kədərli uşaq olsaydın, “yəqin ki, yazıçı olar” deyərdilər, yerimizdə dura bilməsəydik, sağa-sola vurnuxurduqsa, yüngül bir şapalaqla susub oturardıq.
Məncə, o illər pedaqogikanın zirvədə olduğu illər idi.
Çünki sonralar qaçıb oynayıb öskürən uşaq “astmaya başlayır”, oxuyub yazmaqda çətinlik çəkən uşaq “disleksik”, kədərli uşaq “depressiyada”, həddən artıq aktiv olan uşaq “hiperaktiv” olaraq xarakterizə edilirdi və həmin o dəymədüşər uşaqlar böyüdü və ....
Bu qədər diqqət və maraqdan sonra onlara nə oldu?
Emo! Emo nədir?
Bilirsiniz, beş-altı ildir ki, ətrafda saçlarını gözünü örtəcək şəkildə darayıb, tənbəl görünüşlü, küt sifətli, solğun, dar şalvarda, qara dırnaq boyalı sısqa yeniyetmələr...
Parklarda səkilərdə otururlar.
Aha. Bax onlar Emodur!
Emo sözünün emosional sözündən gəldiyi, həmin uşaqların depressiyaya düşdüyü, özünə güvənməyən və emosional olduğu, cəmiyyətə sığışa bilmədiyi üçün belə davrandıqları deyilir. Bizim vaxtımızda bu tip pank adlı heç kəsə faydası olmayan hərəkat var idi.
Hələ yeniyetməlik illərimdə, bu emo anlayışı dünyaya gəlməzdən qabaq 10 gün emo rejimində qaldım. Məni nə narahat edirdi xatırlamıram. Amma o 10 gün və üstəlik yay tətilində nəmli gözlərlə ufuldaya-ufuldaya evin bir küncündən o biri küncünə gedirdim.
Saçımı daramırdım, heç kəslə danışmırdım, gülümsəmirdim də. Axşamlar kabus kimi süfrə arxasında hamının kefini pozurdum. Bir səhər eyvanda əyləşdiyim vaxt anam, “Hər gün bu nə sifətdir gəzirsən, nə dərdin var, qızım...” sözləri ilə mövzuya girmək istədi.
“Həyat çox mənasızdır. Darıxıram...” cavabımdan bir neçə saniyə keçməmişdi ki, ağrı və inilti içində bir metr havaya tullandım. Anam hər türk anasının mütəxəssisi olduğu “çimdik” hərəkətini çox sərt və xəbərdarlıqsız etmişdi.
Çimdik, bildiyiniz kimi, uşaq başmaqla arxasına vurulmayacaq qədər böyüyəndə, lakin töhmətlə belə ağıllanmayanda və qonum-qonşuların şikayəti üzərinə ciyərparanın üstünə qışqırmaq əvəzinə, döyülməyə haqqı olana tətbiq edilən bir tərbiyə üsuludur. Ən yaxşısı bel, əl və ya ayaq nahiyəsindən bir yer seçilir, iki – baş və şəhadət barmaqla bərk sıxılır və ət 180 dərəcə çevrilir.
“Döyülməyin çatmasın”, – dedi anam.
“Mədən tox, əynin qalın. Nə dərdin var? Darıxırsansa, get mağazadan alış-veriş et. Sonra yemək dəftərindən resept götür, peçenye bişir. Bu axşam qonaqlarımız var, yaallah...” sözlərini tamamladı!
Ondan sonra nə dərdim qaldı, nə sərim...