

2 uşaq ölüb
“İqlim dəyişikliyi və havanın keyfiyyəti bir-birlə əlaqəlidir”
Nazir fəlakətlərə görə iqlim dəyişikliyini səbəb göstərir
7 nəfər ölüb, 12 yaralı var
Şimali Makedoniyada gecə klubunda yanğın baş verib. MİA dövlət agentliyinin məlumatına görə, mindən çox insanın toplaşdığı konsertdə faciə baş verib.
Agentlik Daxili İşlər Nazirliyinə istinadən açıqlamada, paytaxt Skopyedən təxminən 100 kilometr şərqdə yerləşən Kocani şəhərindəki gecə klubunda keçirilən və 1500-ə yaxın insanın qatıldığını gecədə səbəbi hələlik məlum olmayan yanğın nəticəsində ən azı 50 nəfərin öldüyünü yazıb.
Yerli mətbuatın məlumatına görə, yanğın sürətlə böyüyərək məkanın tavanına və damına keçib. Ölənlərlə yanaşı, çoxlu yaralılar da var.
Yaralıların dəqiq sayı hələlik məlum deyil, səlahiyyətlilər hadisə yerində araşdırmalarını davam etdirirlər.
“Daily Star” qəzetinin məlumatına görə, hadisə şahidləri dəhşətli yanğından sonra şənlik edənlərin canlarını qurtarmaq üçün qaçdıqlarını və bir çoxunun izdihamda insanın əzilərək öldüyünü bildiriblər.
Sosial şəbəkələrdə paylaşılan görüntülərdə alovların gecə klubunun yerləşdiyi yerdən yüksəldiyi görünür.