vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
AVROPA  
00:45 | 27 fevral 2025 | Cümə axşamı Məqaləyə 92 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Həkimlər ehtiyatlıdırlar

Vatikan: “Papanın səhhəti son 24 saatda bir qədər yaxşılaşıb”

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransiskin sağlamlıq vəziyyətinin son 24 saatda bir qədər yaxşılaşdığı bildirilir.

Vatikan, ayın əvvəlində keçirdiyi ağır bronxit səbəbiylə 13 gündür Romadakı Gemelli Xəstəxanasında müalicə alan və orada ikitərəfli pnevmoniya diaqnozu qoyulan 88 yaşlı Papanın sağlamlıq vəziyyəti ilə bağlı yazılı açıqlama verib.

Açıqlamada deyilir: “Papanın kliniki vəziyyəti son 24 saatda bir qədər yaxşılaşıb. Onun son günlər yaşadığı yüngül böyrək çatışmazlığı aradan qalxıb. Dünən axşam aparılan döş qəfəsinin KT müayinəsində pnevmoniyanın normal irəlilədiyi məlum olub. Bu gün aparılan qan və hematoloji analizlər dünənki yaxşılaşmanı təsdiqləyib”.

Katoliklərin ruhani lideri üçün yüksək axınlı oksigen müalicəsinin davam etdiyi, Papanın bu gün astma kimi tənəffüs tutması keçirmədiyi, tənəffüs fizioterapiyasının davam etdiyi bildirilib.

Açıqlamada qeyd olunub ki, Papa bir qədər sağalsa da, həkimlər xəstəliyin gedişatını qiymətləndirməkdə ehtiyatlı olublar.

Vatikanın bu gün səhər verdiyi açıqlamada Papanın gecəni sakit keçirdiyi qeyd edilib.

 

Papa fevralın 14-dən xəstəxanada müalicə alır

 

Papa Fransisk fevralın 9-u və 12-də keçirilən iki ictimai tədbirdə çıxış edə bilməyib, bronxit olduğunu və nəfəs almaqda çətinlik çəkdiyini deyib və köməkçilərindən onun çıxışlarının mətnini oxumağı xahiş edib.

Fevralın 14-də Gemelli xəstəxanasına aparılan Papanın tənəffüs yollarında polimikrob infeksiyası olduğu bildirilib.

Vatikan fevralın 18-də Papanın ikitərəfli sətəlcəm xəstəliyinə tutulduğunu və onun klinik vəziyyətinin mürəkkəb mənzərə yaratdığını elan etdi.

Papanın həkimləri fevralın 21-də verdikləri açıqlamada Papa Fransiskin təhlükədən tam xilas olmasa da, onun həyatı üçün təhlükə olmadığını bildiriblər.

Fevralın 22-də astma tutması keçirən Papanın vəziyyətinin “kritik” olduğu bildirilirdi.

Vatikan fevralın 23-də elan etdi ki, “Papa daha bir tənəffüs böhranı keçirməyib, yüngül başlayan böyrək çatışmazlığı var və burun vasitəsilə yüksək axınlı oksigen alır”.

Fevralın 24-də Papa Fransiskin sağlamlıq vəziyyətinin kritik olaraq qaldığını, lakin bir qədər yaxşılaşmanın müşahidə edildiyini bildirən Vatikan dünən vəziyyəti “kritik, lakin sabit” olaraq xarakterizə etdi.

 

Son illər sağlamlıq problemləri artıb

 

2013-cü ildən katoliklərin ruhani lideri olan Papa Fransisk ilk dəfə 2021-ci ildə Gemelli Xəstəxanasına yerləşdirilib və yoğun bağırsağından əməliyyat olunub.

Son illərdə dizindəki ağrılar səbəbilə əlil arabasından istifadə edən Papa, sonuncu dəfə 2023-cü ildə Gemelli Xəstəxanasında bir dəfə nəfəs darlığı və bir dəfə də qarın divarına protez yerləşdirmək üçün əməliyyat olunaraq iki dəfə müalicə olunub.