
“Fransisin islahatları davam edəcək”
XIV Leo kilsəsinin LGBTQ-yə tolerant münasibətini aradan qaldıracaq
XIV Leo kilsəsinin LGBTQ-yə tolerant münasibətini aradan qaldıracaq
Robert Fransis Prevos katoliklərin yeni ruhani lideri oldu
Sikstin kapellasınln bacasından ağ tüstü qalxır
Günortadan sonra növbəti səsvermə keçiriləcək
Yeni Papanı dünyaya elan edəcək Dominik Mamberti kimdir?
Kardinallar Sikstin kapellasına qayıdıblar, 4 səsvermə keçiriləcək
Vatikan səsvermənin ilk turunda yeni Papa seçə bilməyib
Tarixində ilk dəfə ən çox bölünmüş katolik kilsəsində dramatik Konklav
Kilsə tarixində iz qoyacaq seçki başladı
Gizlilik andı alındı, seçki başladı
Pekin Tayvan liderinin dəfn mərasimində iştirakına mane oldu
Vatikanın bacası quruldu, nəzərlər tüstüyə dikildi
Məşhur rejissor Skorseze mərhum Papa haqqında film çəkəcək
Papa öldü, avro sikkələr dəyər qazandı
Korrupsiyada ittiham olunan kardinal mərhum Fransisin tələbini yerinə yetirib
90 səs toplayan kardinal növbəti Papa elan olunacaq
Katoliklərin ruhani lideri və Vatikanın rəhbəri Papa Fransisin sağalmasının davam etdiyi, lakin hələ də xəstəxana şəraitində tibbi müalicə tələb olunduğu bildirilir.
Vatikan fevral ayında keçirdiyi ağır bronxit səbəbiylə bir aydır Romadakı Gemelli Xəstəxanasında müalicə alan və orada ikitərəfli pnevmoniya diaqnozu qoyulan 88 yaşlı Papanın vəziyyəti ilə bağlı açıqlama verib.
“Papanın səhhətinin vəziyyəti stabildir və son bir həftədə qeydə alınan irəliləyişlər təsdiqlənib. Yüksək axınlı oksigen terapiyası davam edir və gecələr qeyri-invaziv mexaniki ventilyasiyaya ehtiyac getdikcə azalır. Papa hələ də xəstəxana şəraitində tibbi müalicə, fiziki müalicə və tənəffüs fizioterapiyasına ehtiyac duyur”.
***
Roma Papası Fransis fevralın 9 və 12-də keçirilən iki ictimai tədbirdə bronxit və nəfəs almaqda çətinlik çəkdiyini əsas gətirərək çıxış edə bilməyib və köməkçilərindən mətnini oxumağı xahiş edib.
Fevralın 14-də Gemelli xəstəxanasına aparılan Papanın tənəffüs yollarında polimikrob infeksiyası olduğu bildirilib.
Vatikan fevralın 18-də Papanın ikitərəfli pnevmoniyaya tutulduğunu və onun klinik vəziyyətinin mürəkkəb olduğunu açıqlayıb.
Fevralın 22-də astma tutması keçirən Papanın vəziyyətinin ağır olduğu bildirilib.
Vatikan fevralın 28-də bronxospazm tutması keçirən Papanın bronxoaspirasiya edildiyini, mexaniki ventilyasiyaya başlandığını və müalicəyə müsbət cavab alındığını qeyd etmişdi. Papanın vəziyyəti martın 1-2-də stabil qalıb.
Katolik ruhani lideri martın 3-də iki dəfə kəskin tənəffüs çatışmazlığından əziyyət çəkdi və qeyri-invaziv mexaniki ventilyasiya ilə yenidən işə salındı.
Martın 4-dən stabil olan Papada cüzi sağalma əlamətləri görünməyə başlamışdı.
Papanın martın 12-də çəkilmiş döş qəfəsinin son rentgenoqrafiyasının əvvəlki günlərdə qeydə alınan yaxşılaşmaları radioloji olaraq təsdiq etdiyi bildirilir.