
Sələfinin vəliəhdi
Katolik kilsəsinin ilk Amerika papası Prevost kimdir?
Katolik kilsəsinin ilk Amerika papası Prevost kimdir?
Vatikanda amerikalı keşişlərin mövqeyi güclənib
XIV Leo kilsəsinin LGBTQ-yə tolerant münasibətini aradan qaldıracaq
Robert Fransis Prevos katoliklərin yeni ruhani lideri oldu
Sikstin kapellasınln bacasından ağ tüstü qalxır
Günortadan sonra növbəti səsvermə keçiriləcək
Yeni Papanı dünyaya elan edəcək Dominik Mamberti kimdir?
Kardinallar Sikstin kapellasına qayıdıblar, 4 səsvermə keçiriləcək
Vatikan səsvermənin ilk turunda yeni Papa seçə bilməyib
Tarixində ilk dəfə ən çox bölünmüş katolik kilsəsində dramatik Konklav
Kilsə tarixində iz qoyacaq seçki başladı
Gizlilik andı alındı, seçki başladı
Pekin Tayvan liderinin dəfn mərasimində iştirakına mane oldu
Vatikanın bacası quruldu, nəzərlər tüstüyə dikildi
Məşhur rejissor Skorseze mərhum Papa haqqında film çəkəcək
Papa öldü, avro sikkələr dəyər qazandı
88 yaşlı Papa fevralın 14-dən pnevmoniya və tənəffüs çətinliyi səbəbindən xəstəxanadadır. Vatikanın dərc etdiyi səhər tibbi bülleteninə görə, Roma Papası Fransis yerli vaxtla səhər saat 8-dən sonra oyanaraq “yaxşı dincəlib”.
Bülletendə fevralın 14-dən hər iki ağciyərində pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilən Papa haqqında əlavə məlumat verilməyib.
Papanın uzun müddət xəstəxanada qalması zamanı onun səhhəti ilə bağlı narahatlıqlar artmışdı. Bazar ertəsi Papa iki dəfə tənəffüs çatışmazlığından əziyyət çəkib və nəfəs almasına kömək etmək üçün oksigen maskası və qeyri-invaziv ventilyatordan istifadə etməyə başlayıb.
Bu, mexaniki müdaxilənin ikinci dəfə istifadə edildiyini göstərir. Katoliklərin lideri cümə günü ayrı bir tənəffüs tutmasından sonra iki gün ventilyatorda qalıb.
Çərşənbə axşamı axşam Vatikanın məlumatına görə, Papa Fransisin yenidən yüksək axınlı oksigen terapiyasına keçib. Məlumatda daha sonra bildirilir ki, Papa ibadət və istirahətə davam edir.
Papa son üç bazar günü ənənəvi “Angelus” duasını şəxsən oxuya bilməyib.
O, həmçinin Pasxa bayramına aparan altı həftəlik əsas katolik dini ayin olan Lentin başlanğıcını da buraxmalı olacaq.
Papanın xəstəxanada qalması onun 12 illik papalığı dövründə ən uzun müddətdir. Katolik lider əvvəlcə bronxitdən müalicə olunub, sonra isə ikiqat pnevmoniya diaqnozu qoyulub.
Papa Fransisk gənc ikən ağciyərinin bir hissəsini götürdükdən sonra ömrünün çox hissəsini ağciyərlərində problem yaşayıb.
Papanın xəstəxanada olduğu müddətdə vəziyyəti stabil olsa da, həkimlər ehtiyatla danışırlar. Bu o deməkdir ki, Papa hələ də təhlükədən qurtulmayıb.