
İspaniyada yeni temperatur rekordu
Termometrlər 46 dərəcəni göstərib
Termometrlər 46 dərəcəni göstərib
Arasında Azərbaycanda da məşhur brendin olduğu günəşdən qoruyucu kremlər testi keçmədi
Bu ölkədə tətil planlaşdıranlar ehtiyatlı olmalıdır
İnouye Teleskopu tədqiqatlarda inqilab edir
Onu nə vaxt və harada izləmək olar?
Tehran şərqində 5,5 bal gücündə təkanlar qeydə alınıb
Təkanlar Bodrumda hiss olunub
Nəhəng asteroid planetimizin təbii peykinə çırpıla bilər
Kolumbiyada 6,5 bal gücündə zəlzələ baş verib
6.4 gücündə
Planetlərin Günəş sistemindən atılma ehtimalı üzə çıxdı
6,1 bal gücündə təkanlardan sonra sunami xəbərdarlığı olmayıb
Üç nəhəng asteroid Yerə çırpıla bilər
Günəş sistemində təəccüblü yeni kəşf, bir dövrəni 25 min ilə vurur
Dünyanın ilk Günəş fırtınası məşqi boşluqları üzə çıxardı
Böyükçəkməcə də 4 bal gücündə 2 təkan qeydə alınıb
Alimlər kəşf ediblər ki, günəşdən gələn istilik atmosfer temperaturunun dəyişməsinə səbəb ola bilər və bu da seysmik aktivliyə gətirib çıxarır.
Yaponiyanın Tsukuba Universiteti və Qabaqcıl Sənaye Elmləri və Texnologiyaları Milli İnstitutunun tədqiqatçıları “Chaos” (Xaos) elmi jurnalında dərc olunan yeni araşdırmaya əsasən, günəş istiliyinin Yerin tektonik aktivliyinə mümkün təsirlərini araşdırıblar.
Tədqiqatçılar zəlzələ məlumatları, günəş aktivliyi və səth temperaturu əsasında riyazi modelləri tətbiq etməklə müşahidə ediblər ki, günəş istiliyi atmosfer temperaturunda dəyişikliklərə səbəb olur ki, bu da süxurların xüsusiyyətlərinə və yeraltı suların hərəkətinə təsir göstərə bilər.
Tədqiqat qrupundan biri olan Mateus Enrike Junkeyra Saldanya, günəşdən gələn istiliyin atmosferin temperaturunu artıra biləcəyini, qayaları kövrək və çatlamağa meyilli etdiyini vurğuladı.
Saldanya həmçinin qeyd etdi ki, günəşdən gələn istilik yeraltı suların hərəkətinə səbəb ola bilər, tektonik plitə sərhədlərində təzyiqi dəyişdirə bilər: “Bu məntiqlidir, çünki istilik və su daha çox yer qabığının yuxarı təbəqələrinə təsir göstərir. Bu amillər zəlzələlərin əsas hərəkətverici qüvvəsi olmasa da, seysmik aktivliyi proqnozlaşdırmağa kömək edə bilər”.
Digər tərəfdən, bu araşdırmanın səthə yaxın zəlzələlərin proqnozunu asanlaşdıra biləcəyi ifadə edilir.