

ABŞ döyüş təyyarəsi Husilərə zərbələri intensivləşdirir
“18 ballistik və qanadlı raket və bir PUA ilə hədəf aldıq”
“Atəşkəs çağırışı Ukraynaya öz qüvvələrini yenidən təşkil etmək şansı vermək cəhdidir”
ABŞ beynəlxalq hüququ və əsasını özü qoyduğu qlobal nizamı saymamağa meyl edib
ABŞ-da yerləşən “Atlantic Council” hesabatında Moskva ABŞ və Qərb ölkələrinə zidd gedərək Husiləri dəstəklədiyi qeyd edilib.
“Atlantic Council” analitik mərkəzinin hesabatında bildirilir ki, ABŞ martın 4-də Yəməndəki Husiləri Xarici Terror Təşkilatı (FTO) siyahısına salıb. Hesabata görə, bu addım Moskvanın Husiləri dəstəkləməkdəki kritik rolunu vurğulayıb və ənənəvi olaraq İran tərəfindən dəstəklənən Husilər və Rusiya arasında yaranmış hərbi və siyasi ittifaqın yeni ölçülərini ortaya qoyub. Hesabatda Husilərin artıq sadəcə Tehranın əlaltıları olmadıqlarını, Kremlin bölgədəki təsirini gücləndirmək və Qərbə qarşı mübarizə aparmaq üçün istifadə alətinə çevrildikləri vurğulanır. Husilərin FTO-da yer alması Yəməndəki münaqişənin dinamikasında strateji dəyişikliyi ortaya qoyur.
Rusiya və Husilər arasındakı ittifaq indi müvəqqəti taktiki münasibətdən tamhüquqlu hərbi və kəşfiyyat tərəfdaşlığına keçib. ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, Rusiya Hərbi Kəşfiyyat Xidməti (QRU) humanitar yardım adı altında Husilərin nəzarətində olan Sənaya birbaşa hərbi dəstək verir. Bu dəstəyə Husilərin Qırmızı dənizdəki gəmiləri dəqiq hədəf almaq qabiliyyətini artıran qabaqcıl məlumat izləmə sistemləri daxildir. Bəzi məlumatlarda məşhur rus silah taciri Viktor Butun Husilər adından silah qaçaqmalçılığı fəaliyyətlərində iştirak etdiyi göstərilir ki, bu da Rusiya ilə Husilər arasında hərbi əməkdaşlığın dərinliyini əks etdirir.
***
Rusiya Husiləri terror fəaliyyətlərində dəstəklədiyini inkar etsə də, ABŞ rəsmiləri Ər-Riyadın Moskva ilə Husilər arasında şübhəli münasibətləri etiraf etdiyini və daha sonra bu məsələni Rusiya ilə müzakirə etdiyini bildirib.
ABŞ-ın Yəmən üzrə xüsusi nümayəndəsi Tim Lenderkinq Ərəbistan mediasına müsahibəsində Rusiyanın Husilərə silah vermək üçün danışıqlar apardığını deyib: “Biz ruslarla birbaşa danışdıq və bunu ABŞ və onun Yəməndəki regional maraqları üçün ciddi təhdid olaraq gördüyümüzü söylədik. İki il əvvəl biz Rusiyanın Yəməndə sülh yolu ilə həllini dəstəkləmək üçün konsensusun beş daimi üzvündən biri kimi BMT Təhlükəsizlik Şurasına (BMT TŞ) qoşulmasının faydasını gördük. Nə üçün ruslar indi münaqişə tərəflərindən birini onun beynəlxalq mövqeyinə və Yəmən xalqına qarşı mövqeyinə zidd hərəkət edən tərəfləri silahlandırır?”
Xəbərə görə, ABŞ Maliyyə Nazirliyi bu ittifaqın yeni qaranlıq tərəfini, yəni insan alverini üzə çıxarıb. Husi generalı Əbdül Vəli Abduh Həsən əl-Cabiri ayda 2000 dollara tikinti işləri ilə bağlı yalan vədlər verərək xalqın yoxsulluğundan istifadə edərək yəmənliləri Rusiya adından Ukraynada döyüşmək üçün cəlb edən şəbəkə yaradıb. Husilərin Rusiyanın hərbi maraqlarına xidmət etmək üçün bir vasitə kimi istifadə edilməsinin bariz nümunəsi olaraq keçən ilin ortalarına qədər minlərlə yəmənli Rusiyanın hərbi təlim düşərgələrinə göndərilib. Bu vəziyyət həm də Zeydi cihadçı qrupunun dünyəvi diktatura üçün “insan” mənbəyinə çevrilməsinin ironiyasını ortaya qoyur.
Diplomatik olaraq Rusiya BMT Təhlükəsizlik Şurasında Husiləri dəstəkləyib. Moskva 2015-ci ildə Husilərə silah embarqosunu nəzərdə tutan 2216 saylı qətnaməyə səsvermədə bitərəf qalıb və bununla da Husilərin effektiv siyasi və hərbi kart olaraq qalmasını təmin edib. “Atlantic Council” bildirdiyinə görə, Rusiya daha sonra BMT ekspertlərinin bu embarqonun pozuntularını üzə çıxaran və amerikalı analitik Qreqori Consonun yenidən təyinatının qarşısını alan və bununla da beynəlxalq arenada Husiləri daha da qoruyan hesabatın nəticələrini sarsıtmağa çalışıb.
***
Husilərlə bağlı beynəlxalq diskurs tez-tez onların İranın əlatlıları rolunu vurğulayır. Bu bəyanatlar İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Husilərə İHA və ballistik raketlərlə dəstəyi ətrafında olub. Amma bu vəziyyət Rusiyanın artan rolunun illərdir arxa planda qalmasına səbəb olub. Bu da böyük paradoks idi. Qərb Tehranın addımlarını seyr edərkən, Ukrayna müharibəsi ilə təcrid olunmuş Moskva fürsətdən istifadə edərək Husiləri ABŞ və müttəfiqlərinə qarşı təzyiq vasitəsinə çevirdi. “Atlantic Council” görə, Rusiya İran və Husilər də daxil olmaqla, terrorçu təşkilatları ilə “anti-Qərb oxu” yaratmaq məqsədilə hərbi əməkdaşlığı gücləndirdiyi üçün bu dəyişiklik HƏMAS-ın 2023-cü il oktyabrın 7-də İsrailə qarşı qanlı terrorundan sonra sürətlənib.
Müşahidəçilər Ər-Riyadın dəstəklədiyi ABŞ-Rusiya sülh danışıqlarını Sənada Husilərə qarşı təzyiqin bir hissəsi kimi qiymətləndirirlər. Müşahidəçilər deyirlər ki, bu, ərəb koalisiyasının dəstəklədiyi Ədəndəki qanuni hökumətdən fərqli olaraq, çoxlarının hərbi həlli çətin vəziyyətdə olan Yəməndəki parçalanmaya son qoymağın məqsədəuyğun yolu kimi gördüyü bir vaxtda danışıqlar masasına ciddi qayıdış şansını artıra bilər.