

Almaniya hökuməti mailyyələşdirdiyi nüvə silahının düyməsini Makronun nəzarətinə verəcəkmi?
Duda: “ABŞ-ın nüvə silahlarını ölkəmizdə yerləşdirməsini istəyirik”
Tramp Üçüncü Dünya müharibəsi ilə bağlı açıqlamasında 2 ölkənin adını verdi
Zelenski: “Putin bu müharibədən çıxa bilməz, çünki onda heç nə olmayacaq”
AB Rusiyaya qarşı sanksiyaları uzadıb
ABŞ kəşfiyyatının hesabatları Rusiyanın geri çəkilməyəcəyini göstərir
London, Vaşinqton, Tokio isə Manila ilə saziş imzalayıb
“Amerika ilə anlaşmasaq batırıq”...
Rusiyaya qarşı sanksiyaların daha da gücləndiriləcəyi barədə məlumatlar var
ABŞ-a qarşı zəif mövqedə olan Avropa özünə dayaq olaraq Çinlə yaxınlaşa bilər
İstənilən halda, Rusiya bu məsələdə uduşsuzdur.
Ağ Evin Rusiya ilə uzlaşma məntiqi AB-nin Cənubi Qafqazdakı mandatına da təsir edir
AB Rusiya sanksiyaları üçün Macarıstanı razı sala bilərmi?
İtaliya ilə Rusiya arasında diplomatik gərginlik davam edir
Yaxud ABŞ prezidentinin 50-55 günlük hakimiyyətində yol verdiyi səhvlər
İndi də top ABŞ meydançasındadır
Henrik Senkeviç 1846-cı il mayın 5-də Rusiya imperiyasının (Polşa Respublikası, Lublin) tərkibində olan Lukov şəhəri yaxınlığında anadan olub.
Onun ata tərəfdən tatar əcdadları XIV əsrin sonlarında – XV əsrin əvvəllərində Böyük Litva knyazlığı ərazisinə köçüblər. Üç əsrdən çox müsəlman kimi qalan nəsil XVIII əsrdə xristianlığın katolik məzhəbini qəbul edib. Henikin ana tərəfi isə belarus-litva şlyaxtasından idi.
Polşanın müstəqilliyinin bərpası uğrunda 1863-1864-cü illərdə baş verən və çarizm tərəfindən amansızlıqla yatırılan üsyan Henrikin dünyagörüşünə güclü təsir edir.
O, orta məktəbi bitirəndən sonra 1866-1870-ci illərdə Varşava universitetində tibb və tarix-filologiya fakültəsində təhsil alıb.
1870-ci illərin əvvəllərindən hekayələr və povestlər yazmağa başlayır. Əsasən tarixi mövzulara müraciət edir. 1876-1879-cu illərdə ABŞ-da səfərdə olur, səyahət oçerkləri ilə mətbuatda çıxış edir. Dediyinə görə, hotellərdə qalanda qeydiyyat kitabçalarında “Polşalı” əlavəsini edirmiş. Halbuki o zaman Polşa adlı dövlət yox idi.
1880-ci illərdə Polşa tarixinə aid trilogiyasını qələmə alır. Trilogiyaya “Odla və qılıncla”, “Daşqın” və “Pan Volodıyevski” romanları daxil idi. Sonrakı illərdə “Ehkamdan uzaq” və “Polanetski ailəsi” romanlarını yazır.
1894-1896-cı illərdə yazdığı möhtəşəm “Quo vadis?” (“Hara gedirsən?”) romanı ilk xristianların Romada Neron dövründə məruz qaldıqları zülmdən bəhs edilir.
1897-1900-ci illərdə yazdığı “Səlibçilər” romanının mövzusu polyakların Tevton ordeni ilə mübarizəsidir. 1910-cu ildə yazdığı “Girdab” romanı müasir dövrdən, 1905-1907-ci illərin Birinci rus inqilabından bəhs edir. Başqa romanları da olan yazıçının Napoleon müharibələrində iştirak edən polyaklar haqqında “Legionlar” əsəri yarımçıq qalır.
Henrik Senkeviç 1905-ci ildə “Epos sahəsində görkəmli xidmətlərinə görə” ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü. Yazıçı öz nitqində mükafatın Polşa üçün xüsusi önəm daşıdığını bildirir: “Onu ölmüş elan etdilər, amma budur, hələ yaşadığı sübut olunur... Onu məğlub elan etdilər – bu, onun qalib gəldiyinin sübutudur”.
1905-ci ildə Fransanın “Le Courrier Européen” qəzetinə verdiyi müsahibədə deyir: “Dünyada hər şeydən çox öz ölkəni sevməlisən və ilk növbədə onun səadəti barədə düşünməlisən. Eyni zamanda həqiqi vətənpərvərin birinci öhdəliyi odur ki, onun Vətən ideyası bəşəriyyətin səadətinə zidd olmasın, həmin səadətin əsaslarından birinə çevrilsin. Yalnız bu halda Vətənin mövcudluğu və inkişafı bütün bəşəriyyətin işinə çevrilir. Başqa sözlə, bütün vətənpərvərlərin şüarı “Vətənlə bəşəriyyətə doğru” olmalıdır, “Vətən uğrunda bəşəriyyətə qarşı” deyil.
Birinci dünya müharibəsi başlayanda bitərəf İsveçrəyə köçən Henrik Senkeviç 1916-cı noyabrın 15-də Veve şəhərində vəfat etdi. Sevdiyi Polşa cəmi iki il sonra müstəqilliyini bərpa etdi. Yazıçının cəsədi 1924-cü ildə azad Polşaya gətirildi və Varşavada Müqəddəs İoann kafedralında dəfn edildi.
Onun əsərləri dəfələrlə ekranlaşdırılıb. Təkcə “Quo vadis?” romanı əsasında beş (ikisi səssiz) film çəkilib.