vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 17 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
09:51 | 17 mart 2025 | Bazar ertəsi Məqaləyə 30 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Müharibə Paşinyana lazımdırmı?

Ermənistan ordusu son 3 gündə mütəmadi olaraq atəşkəsi pozur

Zaur MƏMMƏDOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistan əgər sülh istəyirsə, o zaman aşağıda göstərilən addımları niyə atır?

1. Ermənistan hökuməti 1 aprel – 13 iyun 2025-ci il tarixləri arasında ehtiyatda olan hərbçilərin toplanışını planlaşdırır. Bu toplanış rekord müddətdə – tam 10 həftə davam edəcək ki, bu da standart hazırlıq müddətini xeyli üstələyir.

2. Şərti sərhədlərdə istehkamların qazılması və mövqelərin möhkəmləndirilməsi.

Sputnikdən çəkilən görüntülərə əsasən, Ermənistan sərhəd bölgələrində yeni səngərlər qazaraq müdafiə mövqelərini gücləndirir. Bu gün Naxçıvan MR istiqamətində də erməni ordusunun istehkamlar qazdığı məlum olub.

3. Hərbi texniki resursların artırılması. Son vaxtlar dronların alınması diqqəti çəkir.

2024-cü ilin dekabrından etibarən Ermənistan silahlı qüvvələri əsas diqqətini pilotsuz texnologiyalara yönəldir.

4. Son 3 gündə mütəmadi olaraq ordumuz istiqamətində atəş açmaları. Bu hal təkcə dünən 3 dəfə baş verib.

Bəs Paşinyana müharibə niyə lazım ola bilər?

1. Seçkiqabağı vəziyyət və Rusiyapərəst müxalif qüvvələrinin fəallaşması.

Ermənistan cəmiyyətində və müxalifət dairələrində 2020-ci ildəki Qarabağ məğlubiyyətdə onu günahlandıranlar mövcuddur. Son zamanlar müxalifət partiyaları aktivləşməkdə davam edir. Qarşıda seçkilərin gəldiyini də nəzərə alsaq, Paşinyan bu təzyiqləri neytrallaşdırmaq və hakimiyyətini qorumaq üçün hərbi hiyləyə əl ataraq şərti sərhədlərdə müəyyən irəliləyişə nail olmağı istəyə bilər.

2. İctimai dəstək qazanmaq.

Müharibə təhlükəsi yarandıqda insanlar daha çox hökumətin ətrafında birləşir. Paşinyan bu mexanizmdən istifadə edərək, daxili siyasi rəqiblərini zəiflətməyə çalışa bilər, eyni zamanda bəzi xarici ölkələrin daxildəki siyasi proseslərə müdaxiləsini zəiflətməyi qarşısına məqsəd qoya bilər.

Digər tərəfdən unutmayaq ki, hazırda bütün kommunikasiya yolları uğrunda mübarizənin və toqquşmaların getdiyi bir vaxtda Zəngəzurda da vəziyyəti müharibə həddinə çatdırmaq istəyən qlobal və regional qüvvələr arasında mübarizə şiddətlənməkdədir. Hazırda Husilərə qarşı ABŞ ordusu tərəfindən avia zərbələrin endirilməsi, İsrail-Qəzza-Livan-Misir kommunikasiya xəttindəki məlum proseslər, Rusiya və Ukrayna arasındakı müharibə, Suveyş kanalı və Panama kanalları ətrafında gərginliklər onu göstərir ki, yollar uğrunda müharibələrə start verilib və bütün bunlar Cənubi Qafqaz üçün də bir sıra çağırışlar vəd edir.