

“Atəşkəs çağırışı Ukraynaya öz qüvvələrini yenidən təşkil etmək şansı vermək cəhdidir”
ABŞ beynəlxalq hüququ və əsasını özü qoyduğu qlobal nizamı saymamağa meyl edib
Avstraliyalı nazir: “İlk növbədə ABŞ administrasiyasının nə istədiyini öyrənmək lazımdır”
Tramp Husilərə “görmədiyiniz cəhənnəmə şahid olacaqsınız” deyib
ABŞ və Çin arasında güc balansı necə formalaşır?
Mədən və ticarət müharibələrini artıra biləcək problem
Görüşdə Türkiyə ilə ABŞ arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib
Rusiyanın pərdə arxasında nə işi var?
Onların əlində olan qabaqcıl silah-sursat bir çox ölkənin arsenalında yoxdur
Bakının Qarabağ adlı dərdi yoxdur, Bakı azaddır
Qlobal bazarlar diqqətlərini FED-in faiz qərarına yönəldir
Trampın məktubuna İrandan gecə yarısı cavab
ABŞ prezidenti tərs-tərs mikrofonu üzünə vuran müxbirə baxıb
ABŞ və Böyük Britaniya Səda və Zəmərə çəhərlərinə havadan zərbələri endirib
Deportasiya qorxusuna görə milyonlarla qanunsuz miqrant işləməkdən imtina edir
ABŞ və Cənubi Afrika arasında “irqçilik” böhranı
“The Wall Street Journal” (WSJ) bu gün yazıb ki, 2010-cu illərdə Pekinin təkidi və təşviqi ilə Sincan-Uyğur Muxtar Bölgəsinə sərmayə qoyan Qərb şirkətlərinin layihələrinin əksəriyyəti satılıb və ya ləğv edilib.
Nyu-Yorkda çıxan qəzet, əvvəlki aylarda Sincan-Uyğur Muxtar Bölgəsinin paytaxtı Urumçiyə gedən müxbirinin “Volkswagen” zavodunun istifadəsiz vəziyyətdə gördüyünü bildirib. Alman avtomobil nəhəngi bu yaxınlarda oradakı obyekti satıb.
“WSJ” xəbər verir ki, Çindəki sərmayələrini artıran “Volkswagen” insan haqları pozuntularına görə təzyiq altında Sincandan geri çəkilib.
Amerika qəzeti həmçinin onun müxbirinin Urumçiyə səfəri boyu izlənildiyini bildirib. Qeyd olunub ki, alman kimya nəhəngi BASF 2016-cı ildə Sincanın Korla şəhərində başladığı fəaliyyətini, Fransanın “Air Liquide” şirkəti isə 2013-cü ildə planlaşdırdığı sənaye qazı hasilatını dayandırıb.
Təbii sərvətlər və xammallarla zəngin olan bölgə etnik azlıqlara qarşı insan haqlarının pozulması iddialarına baxmayaraq, bir çox Qərb şirkətlərini cəlb edə bilib.
Lakin ABŞ-ın 2022-ci ildə qəbul etdiyi Uyğur Məcburi Əməyin Qarşısının Alınması Aktı (UFPLA) ilə Sincandan idxalı tamamilə qadağan etdikdən sonra bölgədəki atmosfer dəyişib.
Tekstil firmalarından tutmuş avtomobil nəhənglərinə qədər bir çox şirkət bölgədən qaçır.
“WSJ” Çin mənbələrinə istinadən yazır ki, “ABŞ Sincanda rifah və sabitliyi hədəfləyir”.
Pekin müxtəlif üsullarla bu tendensiyanın qarşısını almağa çalışır. “Calvin Klein” və “Tommy Hilfiger” kimi brendlərin sahibi olan PVH keçən ay Sincandan pambığı boykot etdiyi iddiası ilə “etibarsız şirkətlər” siyahısına əlavə edilib və ciddi sanksiyalar təhlükəsi ilə üzləşib.
Rəsmi rəqəmlərə görə, son illər Qərbin regiona investisiyaları azalır.
“WSJ”, Qazaxıstan və Türkiyənin 2021-ci ildə müvafiq olaraq 40 və 38 müəssisə ilə bölgədə olduğuna diqqət çəkir.
Pekin məcburi əmək, işgəncə və Sincan-Uyğur Muxtar Bölgəsindəki “yenidən təhsil düşərgələrində” saxlanma ittihamları ilə üzləşir.
İnsan haqları qrupları bölgədə 1 milyona yaxın insanın məcburi şəkildə konsentrasiya düşərgələrinə və həbsxanalara yerləşdirildiyini iddia edir. ABŞ da uyğurlara münasibəti “soyqırım” kimi qiymətləndirir.
Çin administrasiyası isə iddiaların həqiqəti əks etdirmədiyini iddia edir.
Nəhayət, ABŞ dövlət katibi Marko Rubio Çində təhlükəsizlik problemi yaradan etnik və dini qrupların deportasiyasına cavabdeh olan xarici dövlət rəsmilərinə viza məhdudiyyətlərinin tətbiq ediləcəyini açıqlayıb.
Cümə günü edilən yazılı açıqlamada, bu addımın Pekinin uyğur türklərini və digər etnik qrupları geri göndərmək üçün digər hökumətlərə təzyiqinə qarşı olduğu vurğulanıb.
Rubio, icraya Tayland hökumət rəsmilərinin fevralın 27-də 40 uyğur türkünü deportasiya etməsi ilə başlayacağını açıqlamışdı.