vaxtlı-vaxtında oxuyun! Şənbə, 15 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
23:16 | 14 mart 2025 | Cümə Məqaləyə 26 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Adam kişi olar...

Timsah göz yaşlarına heç bir əhəmiyyəti olmadı

Bəybala MİRZƏYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

İfrat hiyləgərlik keyfiyyətlərinə görə erməni xalqının Ostap Benderi səviyyəsinə yüksələn və müasir biznes dünyasının ən peşəkar dələduzlarından biri sayılan Ruben Vardanyan elə bilirdi ki, illər boyu öyrənib tətbiq etdiyi fırıldaqların min bir üsulu Bakı türməsində də onun karına gələcək.

Ona görə də fevralın 18-dən aclıq aksiyasına başlamışdı.

Lakin Rubenin bu variantı, bu fırıldağı işləmədi.

Çünki müstəntiqlər və hakimlər bunun gerçək aclıq yox, bir hiylə, fırıldaq olduğunu yaxşı bilirdilər. Ona görə də Ruben Karlenoviçin hiyləgər aclıq fəndinə və timsah göz yaşlarına heç bir əhəmiyyət vermədilər.

Hakimlərin bu etinasızlığı, soyuqqanlılığı Rubençiki sözün əsl mənasında şoka saldı. Və illərin təcrübəli, stajlı fırıldaqçısı bu heyndə başa düşdü ki, azərbaycanlı hakimlər onun aclıq “şou”sunun  gerçək məqsədini başa düşüblər. Və onu da anladı ki, bu cür “şou”lar, “aksiya”lar ona qarşı münasibəti qətiyyən dəyişməyəcək və günahlarının, cinayətlərinin məsuliyyətini zərrə qədər də azaltmayacaq.

Ona görə də tez bu taktikadan əl çəkdi.

Beləliklə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyan martın 12-də aclıq aksiyasını dayandırıb. O, bu barədə məlumatı ailəsinə göndərdiyi audiomesajda açıqlayıb.

Antiterror əməliyyatından sonra qadın paltarında Qarabağdan qaçmaq planı baş tutmayan Rubenin, indi də Bakı Hərbi Məhkəməsinin hakimlərini “aclıq” oyunu ilə aldatmaq, yumşaltmaq planı da suya düşdü.

Belə yerdə bu master-dələduza sual vermək lap yerinə düşür: -Mister Fiks, sizin başqa (ehtiyat) planlarınız var?..

Bu arada, Rubenin başqa bir tayı – Arayik Harutyunyan isə Nikol Paşinyanı və Ermənistanın sabiq silahlı qüvvələrinin baş qərargah rəisi Onik Qasparyanı məhkəmədə, necə deyərlər, su qiymətinə satmağa davam edir. Araikin 44 günlük müharibə zamanı Azərbaycana qarşı döyüşləri qondarma “dqr”in yox, məhz Ermənistan dövlətinin apardığını və Gəncənin dinc əhalisinin raket atəşinə tutulmasının Paşinyan və Qasparyanın işi olduğunu ifşa etməsi erməni millətçilərini, revanşistlərini həm məyus edib, həm də qəzəbləndirib. İndi Vladimir Poqosyan kimi sarsaq faşistlər Yutub üzərindən Araikə publik mesaj göndərirlər ki, ayə, adam kişi olar...

Ancaq kişilik hara, Araik və Ruben hara?

Biri hətta türmədə də dələduzluq edir, o birisi isə quyruğu biraz qapı arasında qalan kimi millətini də, dövlətini də dərhal baqaja qoyur.

Bax, budur, bunlardır müasir erməniçiliyin ən “parlaq” simaları...

(ardı var)


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)