

“McLaren” rəqiblər üçün əlçatmaz idi
Sabahkı qələbəyə əsas namizəd bugünkü qalib idi
... Yaxud şimşək kimi MakLaren
Frederik Vassyör komandanın pilotu Şarl Leklerlə köhnə tanışıdırlar
“Ferrari” heç kimi öz yerində işlətmir
... və mövsümün ən darıxdırıcı yarışı
Karyeranın axırıncı 5 ilinin özəti olan son yarış
4 qat gənc çempion və 9 ardıcıl qələbə rekordunu kimsə təkrarlaya biləsin ...
Sabahkı finiş maraqlı olacaq
Verstappen problemini həll edir
... Şumaxerin yerinə Hülkenberq
O yaddaşlarda dəbilqəsiz pilot kimi qalacaq
... Yaxud 140 yarışda ilk hadisə
Çempion olmaq asandır, adam olmaq çətin
“Mercedes”lərin qələbə şansını artırıb
Alonsonun özünə yaraşmayan səhvi
Bu yarış üçün nə yazım bilmirəm. Dəlisov yarış idi. Trasın hər nöqtəsində mübarizə var idi. Amma ən vacibi dünən dediyim Avstraliya lənəti yenə davam etdi. Piastri bir ara yarışı qazanmaq üçün əsas favorit oldu. Amma nəinki qazandı, ya podium gördü, hətta zorla xal aldı. Amma sonda Hamiltonu keçməsi uzun illər ekranlarda yayımlanacaq hadisədir.
Lando Norris yarışı qazandı, amma səhvləri var idi. Komanda əmri verildi öndə qalması üçün. Çox sürətli maşın sürsə də, Verstappen onu sona qədər sıxdı. Yarışına 10 üzərindən xal versək, 6 xal düşər.
Verstappen yarışın əvvəlində təkərləri öldürmək bahasına MakLarenlə dirəndi, sonra gördük ki, MakLaren ayrı dünyadadır. Amma Verstappen yenə dişi ilə dırnağı ilə, bir az da “Safety Car” ilə oyunun içində qaldı.
“Red Bull”a gəldikdə, düşünüldüyü qədər bərbad deyillər. Belə traslarda keçən il də zəif idilər. Hətta rekord qırdıqları 2023-də də ideal deyildilər. Amma yenə də Verstappen MakLarenlərlə mübarizə apardı. Məncə, Çin və Yaponiya halqasında “Red Bull” daha yaxşı olacaq. Ən azından MakLaren belə fərq ata bilməyəcək.
“Mercedes” səssiz-sədasız 3-5 etdi. “Ferrari” və “Red Bull”dan çox xal yığdılar. Mövsümün əvvəlində hiss olunur ki, iş görüblər. “Ferrari” kimi kostyum geyinmiş hansısa pilotun şəklinə baxıb həzz almayıblar.
“Ferrari” demişkən – 8-10 oldular Lekler yenə startda aldı götürdü. Spin atdı geriyə düşdü, onu kompensasiya etdi. Amma Hamiltonun yerinə Stroll qoysan, o da bu nəticəni alardı. 35 dövrə Albonun arxasında qaldı. Sonra da önə keçəndən sonra iki dənə debütant hücumu yedi. Yenə də “Ferrari” azarkeşləri pozitiv olsun. Nə də olsa Hamilton ilk dəfə “Ferrari” kostyumu geyinib.
Albon əla iş gördü. 4-cü oldu. 12 xalla başladı. Stroll da yaxşı idi. Alonso xaotik anlarda trasda olsa, bəlkə podium görərdi. Amma çox aqressiv davranıb maşını itirdi.
Son illərin ən yaxşı mövsüm başlanğıcı idi. Məncə, “Red Bull”un və “Ferrari”nin inkişafı ilə mövsüm daha rəngli hala gələcək. Orta qrup da çox yaxındır. Amma stasionar yarış olan Çini gözləyək.