vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
BÖHRAN  
23:41 | 28 fevral 2025 | Cümə Məqaləyə 93 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tarixi məqam...

Putin-Tramp “duet”inin Ukraynanı “qurbanlıq quzu”ya çevirmək planları alınmadı

Bəybala MİRZƏYEV

Ağ Evdə ABŞ prezidenti Donald Tramp, Ukrayna prezidenti Vladimir Zelenski və ABŞ-ın vitse-prezidenti Ceyms Di Vens arasında yaşanan gərginlik həqiqətən də tarixi qırılma nöqtəsi idi.

Bu, Tramp və Cey Di Vens üçün əsl rüsvayçılıq oldu. Onlar özlərini Zelenski ilə fikir qarşıdurması zamanı dünyanın bir nömrəli super gücünün birinci və ikinci şəxsləri kimi yox, Putinin vəkili, Rusiyanın səfiri kimi apardılar. İkisi də qeyri-peşəkar siyasətçi performansı göstərdi. Və bu, təkcə Trampın və Vensin yox, bütövlükdə ABŞ xarici siyasətinin uğursuzluğu kimi tarixə düşdü.

Zelenski isə bu taleyüklü, həlledici raundda öz xalqının, öz ölkəsinin maraqlarını axıra qədər döyüşkən ruhda müdafiə etməyə çalışdı. Bu, əsl qladiator döyüşü oldu. Ukrayna prezidenti düşündüklərini Ağ Evdə Trampla yan-yana oturub açıq şəkildə dilə gətirməkdən çəkinmədi, qorxmadı.

Tramp və Vensin Zelenskiyə birgə hücumu sonda Zelenski-Tramp görüşünün yarımçıq bitməsi ilə nəticələndi. Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı fikir ayrılıqları səbəbindən görüş vaxtından əvvəl başa çatdı. ABŞ və Ukrayna prezidentləri Ukraynanın mineral ehtiyatlarının birgə işlənməsinə dair sazişi imzalamadılar.

Liderlərin görüşdən sonra planlaşdırılan mətbuat konfransı da ləğv edildi. Donald Tramp bildirib ki, o, Zelenskinin sülhə hazır olmadığına əmindir.

“Zelenski Oval kabinetdə Amerika Birləşmiş Ştatlarına hörmətsizlik etdi. O, sülhə hazır olanda geri qayıda bilər”, – Tramp sosial media hesabında yazıb.

Bu görüş ABŞ-ın imici üçün də çox ağır zərbə oldu. Həmçinin, Putinin Tramp vasitəsilə cızdığı planlar da ciddi zərbə aldı. Putin-Tramp “duet”inin Ukraynanı belə asanlıqla “qurbanlıq quzu”ya çevirmək planları alınmadı.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)