vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
22:22 | 23 fevral 2025 | Bazar Məqaləyə 231 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Fransızlarla bir oxşar, iki fərqli cəhətimiz...

Və yaxud, fransızlar nə üçün ingilis dilinə soyuq münasibət bəsləyir?

Bəybala MİRZƏYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Fransa da bizim Azərbaycan kimi iki dəfə böyük işğala məruz qalıb. Birinci dəfə ingilislər 100 ildən artıq Fransa ərazilərini ələ keçirib, fransız hakimiyyətini özlərinə tabe ediblər. Tarixə “Yüzillik müharibə” kimi düşmüş İngiltərə-Fransa arasında müharibə də məhz həmin dövrə (1337-1453-cü illərə) təsadüf edir. Sonunda Janna D`Ark adlı cəsur bir qızcığaz fransızların milli-azadlıq müharibəsinə qalxmasına səbəb olub, ingilis işğalına son qoyulub.

İkinci dəfə isə fransızlar 1940-1944-ci illərdə Hitler Almaniyasının işğalı altında yaşayıb.

Bugünkü fransızların ingilis və alman dillərinə qarşı mənfi münasibəti də ilk növbədə bu işğal tarixçələrindən qaynaqlanır. Hər iki işğal fransızların milli ləyaqət hissinə ağır travmalar vurub.

Elə həmin travmaların nəticəsidir ki, fransızlar bu gün bütün dünya xalqlarından fərqli olaraq ingilis dilini beynəlxalq dil kimi qəbul etmirlər. Əksinə, fransızlar frankofoniyaya üstünlük verirlər.

Bəs, frankofoniya nədir?

Fransız dilini bütün başqa dillərdən üstün tutmaq və onun bütün dünyada yayılmasına çalışmaq anlamına gəlir frankofoniya.

Ona görə də bu gün əksər fransızlar (xüsusən də Paris sakinləri) nümayişkaranə şəkildə ingilis dilini “iqnor” edirlər və onlar yalnız bir dilin – fransız dilinin daşıyıcıları, istifadəçisi sayılırlar. Çünki fransızlar bu məsələyə milli qürur məsələsi kimi baxırlar. Və bu məqamda məhz yaxşı mənada fransız eqoizmi üzə çıxır.

Bu faktı, bu həqiqəti fransız dostlarımız və Fransada yaşayan soydaşlarımız da təsdiqləyə bilərlər.

Əlbəttə, Ayaz Salayev “məntiq”i ilə düşünənlər həmin o bir dil bilən fransızları da intellekt baxımından iki dil bilən fransızlardan geri qalmış hesab edə bilərlər. Ancaq məsələ burasındadır ki, ingilis dilini bilən fransızların heç biri (bizim bəzi rusdillilərimizdən fərqli olaraq) yalnız fransız dilində danışan soydaşlarına əsla yuxarıdan aşağı baxmır və özlərini elit hesab etmirlər.

Digər fərqli cəhətimiz isə budur ki, biz Azərbaycan dilinin dünyada yayılması üçün (frankofoniya kimi) heç nə etmirik. Əksinə, bəzi “ziyalı”larımız rus dilinin öz ölkəmizdə öz dilimizi basqı altında saxlaması üçün dəridən-qabıqdan çıxır və bunun üçün ən ağlasığmaz “məntiqi əsaslandırma”lara belə əl atırlar.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)