

Ukrayna xalqı ayaqda qalmağı, Kremldən asılı olmamağı haqq edir
Ankara üçün yaxın perspektivdə əhəmiyyətli gedişatlar olduğu kimi, risklər də var
Ər-arvad Ünlülər Yad ölkədə 12 saat fərqlə dünyalarını dəyişiblər
Pərişan Avropanın nəzərləri Türkiyənin sipərinə çevrilib
Rusiyanın işğalçı müharibəsində həlak olan rus əsgərlərinin analarına “ətçəkən maşın” hədiyyə edilib
Fransa dondurulmuş Rusiyanın aktivləri ilə Ukraynaya maliyyə ayıracaq
Barışığa təzə inanıb özlərini cilovlamışdılar, yeni üsyan çıxdı
Rusiyanın Ukraynanın şərqinə endirdiyi hava zərbələrdə yanğınsöndürəni vurublar
... Azərbaycan və Türkiyənin ortaq taleyinin simvolu
AB Türkiyə də daxil olmaqla 5 NATO ölkəsi ilə əməkdaşlığı artırmaq istəyir
“Le Monde”: “Putinlə münasibətinə baxmayaraq, Rusiyanı Suriyadan çıxardı”
Anlaşmaya qədər ...
Putin Trampa nə vaxt yox deyəcək?
“Heç kim Putinə qarşı Ərdoğan kimi oynaya bilmədi”
Rusiya Ukraynanın enerji və qaz infrastrukturunu hədəfə alır
Gözəlliyi və zəkası ilə dövrünün məşhur xanımı – Sultan Ağa xanım
Bu gün Ukrayna prezidenti Vladimir Zelenskinin Ankarada Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan tərəfindən qarşılanma mərasimində diqqət çəkən bu maraqlı anı yəqin ki, hər kəs izləyib.
“Türkiyə” qəzetinin yazdığı kimi, qarşılama mərasimində Ərdoğan Qərbin tək qoyduğu Zelenskini öz çətiri altına aldı. Heç şübhəsiz ki, bu ifadə ikibaşlı ifadədir.
Bəli, bu, acı gerçəklikdir ki, bu gün həm Zelenski, həm də Ukrayna xalqı və dövləti meydanda tək qalıb. Dünyanın ən güclü və ən varlı, ən inkişaf etmiş ölkələrinin həm silahla, həm də böyük pullarla dəstəklədiyi Ukrayna birdən-birə, bir göz qırpımında təkləndi, müdafiəsizləşdirildi və ortada yalqız buraxıldı.
Baqqal (və ya tacir) Tramp elə bir hiyləgər və dağıdıcı kombinasiya qurdu ki, Ukraynanı Rusiya adlı yırtıcıya qarşı ayaqda saxlayan dünya birliyinin dəstək mexanizmi bir anın içində çökdü. Və buna paralel olaraq, artıq tükənmək ərəfəsində olan və hətta İran, Şimali Koreya kimi ən yaramaz ölkələrin dəstəyinə möhtac duruma düşən Putin Rusiyası Trampın qlobal oyunu nəticəsində məğlub ölkədən birdən-birə qalib ölkəyə çevrildi.
Bu cür qəfil və ildırımsürətli dönüş (və ya metamorfoz) həm Zelenskiyə, həm də Ukraynanın haqq işini dəstəkləyən hər kəsə şok yaşatdı. Çünki heç kim proseslərin bu cür kardinal şəkildə dəyişəcəyini gözləmirdi. Zelenskinin özü də psixoloji cəhətdən bu dəyişikliyə hazır deyildi. O, sözün əsl mənasında dərin şok yaşadı.
Və həm şokdan çıxmaq, həm də ölkəsi üçün xilas yolunu tapmaqdan ötrü durub Münhen Təhlükəsizlik Konfransına getdi. Lakin orada da son günlərin ikinci şokunu yaşadı. ABŞ-ın yeni vitse-prezidenti Ceyms Di Vensin Avropanı hədəfə alan və Ukraynanı iqnor edən çıxışı Zelenskiyə növbəti ağır zərbə oldu.
Bu mənada builki Münhen konfransının nəticələrinin Ukrayna və Avropa üçün 1938-ci ildəki təslimçi “Münhen anlaşması”ndan daha betər sarsıdıcı olduğunu deyənlər heç də yanılmırlar.
Fevralın 17-də Avropa liderlərinin Parisdəki zirvə toplantısının qeyri-müəyyən, ziddiyyətli nəticələrlə (daha doğrusu, qərarsız) başa çatması isə Zelenski üçün üçüncü şok oldu.
Dördüncü şok isə bu gün ər-Riyadda (Səudiyyə Ərəbistanının paytaxtında) gerçəkləşdi. ABŞ və Rusiyanın nümayəndələri Ukrayna məsələsinin müzakirəsi üçün Səudların paytaxtında bir araya gəldi. Beynəlxalq müşahidəçilərin bu görüşü "Ukraynasız Ukrayna masası" adlandırmaları tam da yerinə düşür.
ABŞ və Rusiyanın ər-Riyadda bir masaya gəlib danışıqlara başlaması eyni anda həm 1938-ci ilin Münhen danışıqlarını, həm də 1945-ci ilin Yalta konfransını xatırladır. Hər iki tarixi hadisə bölücülüyə, ərazi ilhaqına, dünyanın yenidən bölüşdürülməsinə, imperialist güclərin iştahasının təmin olunmasına xidmət edib.
Bu gün də oxşar proses təkrarlanır. Başqalarının (həm Ukraynanın və digər postsovet, postsosialist ölkələrinin, həm də kontinental Avropanın və Yaxın Şərqin) taleyini masada müzakirəyə çıxaran marko rubiolar, sergey lavrovlar bu gün ər-Riyadda tarixin növbəti diplomatiya quldurluğuna imza atdılar. Bu gedişlə onların ağaları - Tramp və Putin Ukraynanı yağlı tikə və ya dadlı piroq kimi bölüşdürəcəklər.
Ukrayna sadəcə qurbanlıqdır. Bu gözəl ölkə “Böyük şahmat taxtası”ndakı piyada fiqur kimi imperialist güclərin maraqlarına qurban verilir. Ortada isə həmin güclərin daha böyük hədəfləri var.
Son üç ildə Rusiya-Ukrayna savaşında ölənlərin, yaralananların, itkin düşənlərin, qaçqınların taleyi nə Putini, nədəki Trampı maraqlandırır. Hər kəsən öz qlobal geosiyasi hədəflərinə nail olmağa can atır. Məhz buna görə də bu gün ər-Riyad "qlobal bazarlıq", sövdələşmə meydanına çevrildi. Tramp da, Putin də öz diplomatlarına bu günkü görüşdə Ukrayna başda olmaqla bu və ya digər ölkələrin taleyinin masaya çıxarılmasını, alqı-satqı edilməsini tapşırmışdılar.
Bəli, bu, sözün tam mənasında neoimperialist güclərin yırtıcı bölüşdürmə planıdır. Buna əsla sülh planı demək olmaz. Belə sülh planı olmur. Bu, böyük güclərin kiçik ölkələrə diktə planıdır. Bu, qlobal maxinasiyadır.
Trampın və Putinin bu maxinasiyasını başa düşən və Avropanın da qısırlığını, bivecliyini anlayan Ukrayna lideri son ümid yeri kimi haqlı olaraq Ankaraya üz tutdu, Ərdoğana pənah apardı.
Bəs, Zelenskinin Ərdoğandan umacağı nədir? Türkiyə Ukraynaya nədə yardımçı ola bilər? Ərdoğanın tutduğu bu çətir Zelenskini və Ukraynanı nədən qoruya bilər?..