

Ukrayna atəşkəsə razılıqla Rusiyanı pis vəziyyətdə qoyub
ABŞ Polşanın texnoloji şirkətlərə rəqəmsal vergi tətbiq etmək planına reaksiya verib
Tramp administrasiyası ABŞ-ın sığınacaq müraciətini ölkəni tərk etmə sisteminə çevirir
Trampa sui-qəsd cəhdində kömək edən Kurran ABŞ Məxfi xidmətinin rəhbəri oldu
İlon Maska dəstək üçün ...
Əlli din xadimi üç türkdilli dövlətin “İbrahim sazişin”nə əlavə olunmasını istəyir
Qubernator elektrik enerjisinin tamamilə kəsilməsi ilə təhdid edir
ABŞ Enerji Naziri: “Qlobal istiləşmə müasir iqtisadiyyatın yan təsiridir”
ABŞ-da kran suyunda flüoridin qadağan edilməsi üçün ilk addım atıldı
“Tramp bir hərəkətlə hamısını zərərsizləşdirə bilər”
Trampın nifrət etdiyi proqnozlar
Siyasətdən təqaüdə çıxmaq: Rəngli corabları ilə məşhur olan Trüdo bu nöqtəyə necə gəldi?
Çin bəzi Kanada idxalına cavab tarifləri tətbiq edəcək, fond bazarları və yuan dəyər itirir
ABŞ və Rusiya BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb
Kanadanın mümkün baş naziri Mark Karni kimdir?
Ukrayna ilə mədən sazişini dayandıran ABŞ Afrika ölkəsinə üz tutur
ABŞ-ın xarici və daxili iqtisadi siyasətləri mövzusu dünyada aktuallığnı qoruyur. Hazırkı büdcə göstəriciləri, xüsusilə büdcə kəsiri və səmərəlilik ilə bağlı bir neçə məsələyə toxunmağı məsləhət bildik.
2017-ci ildə büdcə kəsiri, büdcə geridönüşləri və büdcə səmərəliliyini araşdırdığım zaman maraqlı nüanslarla qarşılaşdıq. Bu araşdırmanın nəticələrindən biri kimi xarici borcun daxili borcla əvəzlənməsi ilə bağlı 2017-ci ildə təklif irəli sürmüşdük. Sevindirici haldır ki, hazırda ölkəmiz xarici borcun ÜDM-yə nisbətinə görə ən aşağı göstəricilərdən birinə malikdir ki, bu da ölkəmizə gələcəkdə borclanma, investisiya cəlbi kimi istiqamətlərdə manevr imkanları verir.
Mövzumuza qayıdaq. ABŞ-nin büdcə kəsirinin həcmi, sürətli artımının səbəbi qısaca desək ki, bu kəsirin ən böyük 2 hissəsindən birini 1 trilyon dolları keçmiş hərbi xərclər, ikinci böyük hissəsini isə 1 trilyon dollara çatmaqda olan xarici dövlət borclarına xidmət (faiz ödənişləri) təşkil edir. Burada əslində qeyri-adi bir məsələ yoxdur. Lakin, narahatlıq doğuran məqam 4.9 trilyon dollar gəlirləri olan Federal büdcənin 6.7 trilyon dollarlıq xərcinin 1.8 trilyon dollarının büdcə kəsiri (borclanma) hesabına bağlanmasıdır. Digər narahatlıq doğuran məqam isə 1.8 trilyon dolların ABŞ-nin 27.7 trilyon dollarlıq ÜDM-sinin 6.4 faizini təşkil etməsidir ki, bu da qəbul olunan 3 faizlik normativdən 2 dəfədən də çoxdur. Lakin, burada Tramp administrasiyası və Elon Maskın diqqətini çəkmiş məqam isə bu olub ki, nə üçün ABŞ-nin büdcə kəsiri çox sürətlə artıb və ən əsas sual budur ki, öncəki ilin büdcə xərcləri növbəti ilin gəlirlərinə nə üçün gözlənilən təsiri göstərməyib və ya başqa sözlə büdcə geridönüşləri zəif olub. Nəticədə büdcə səmərəliliyi çox aşağı düşüb, büdcə xərclərinin artımı isə əvvəllər yüz milyardlarla dollarla ölçülən borcların son bir neçə illər ərzində trilyonlarla ölçülməsi, keçən il isə 3 trilyonluq artımla nəticələnməsinə səbəb olub.
Büdcə xərcləri səmərəlilik baxımından nəzəri olaraq 3 cürdür:
1. İqtisadi dəyər yaradan xərclər (bu xərclər növbəti ilin büdcəsinə gəlirlər formasında geri qayıdır və ya iqtisadi böyüməyə töhfə verir);
2. İqtisadi dəyər itkisi yaradan xərclər (bu xərclər növbəti ilin büdcəsinə gəlirlər formasında geri qayıtmır və ya iqtisadi böyüməyə töhfə vermir – bunlar korrupsiya və digər şəkildə kənara sızan, itən vəsaitlərdir). Bu kimi xərclərə xarici borclar üçün ödənilən faizlər ola da bilər, olmaya da. Əgər cəlb olunmuş borclar ölkədə iqtisadi dəyər yaradan layihələrə xərclənibsə, bu halda ödənilən faiz borcları iqtisadi dəyər itkisi hesab edilmir. Cəlb olunmuş xarici borcların yaratdığı xalis iqtisadi dəyər isə borcun yaratdığı iqtisadi dəyər – borcun maya dəyəri (faizlər və sair) bərabər olur. Əgər, cəlb olunmuş borc iqtisadi dəyər yaradan layihələrə yönəlməyibsə, o halda bu borclara görə büdcədən ödənən faizlər iqtisadi dəyər itkisi hesab olunur. Əsas borcun qaytarılması ilə ölkəyə əlavə yük, xarici valyutanın dəyər qazanması, daha böyük büdcə kəsiri (məsələn, bir neçə illər öncə qardaş Türkiyə nümunəsi) və sair mənfi nəticələr doğurur;
3. İqtisadi dəyər və ya dəyər itkisi yaratmayan xərclər. Əslində nəzəri olaraq belə bir təsnifləşdirmə ola bilsə də, praktik olaraq belə bir xərc yoxdur. Yəni, büdcədə hər hansı bir sent, bir qəpik xərc yoxdur ki, onun reallaşması neytral olsun. Yəni, hər bir xərc ya iqtisadi dəyər yaradır, ya da iqtisadi dəyər itkisi.
Deməli, ABŞ-nin cəlb etdiyi borclar iqtisadi böyüməyə töhfə verdiyi üçün ödədiyi faizlərin iqtisadi dəyər itkisi yaratmasını iddia etmək doğru olmaz. Lakin, ABŞ cəmiyyətində bu sahədə narazılıq doğuran məqam ildə bir neçə yüz milyard faizin Çinə ödənilməsidir. Narahatlığın məğzi budur ki, ABŞ cəmiyyəti ciddi narazılıq edir ki, niyə ABŞ biz vergi ödəyicilərinin vəsaitləri hesabına Çin iqtisadiyyatını maliyyələşdirməli, həmin iqtisadiyyata töhfə verməlidir. Tramp administrasiyası da bunu deyir və yeri gəlmişkən, Tramp Konqresdə çıxışı zamanı 2025-ci ilin büdcəsinin kəsirsiz olacağını bəyan etdi və digər söylədiyi demək olar ki, hər cümləsi kimi bu cümləsi də böyük alqışlar qazandı (açığı, bu fikrin reallığı və həyata keçəcəyinə inam çox aşağıdır. Hətta tezliklə buna nail olmaq mümkün olarsa da, iqtisadiyyatın boğulması hesabına baş verə bilər ki, bu daha təhlükəlidir).
Burada qısaca olaraq daxili borclanma ilə bağlı məsələyə də toxunaq. Daxili borclanmaya görə ödənilən faizlər yerli investorların gəlirlərinin artımı, ödənilən faizin multiplikativ effekti, növbəti ilə büdcə daxilolmalarına töhfəsi baxımından xarici borca ödənilən faizlərlə müqayisəolunmaz dərəcədə (burada digər ölkələr üçün ödənişin yerli valyutada olması da əlavə avantajdır) daha üstündür. Lakin, sadəcə olaraq, daxili borclanma xatirinə borclanma və ya bu borclanmaya aludə olmaq da büdcə xərclərinin süni artımı deməkdir. Daxili borclanmada manevr imkanlarını da nəzərə alaraq, büdcə o zaman borclanmalıdır ki, onun əvvəldən nəzərdə tutulan kəsiri plana uyğun həyata keçirilir və ya hansısa fövqəladə hal nəticəsində əlavə ciddi büdcə xərci yaransın. Burada yüksək manevr imkanları unudulmamalıdır.
Ən böyük xərc maddələrindən biri də hərbi xərclərdir. Bu səbəbdən Tramp növbəti 4 ildə dünyanın hər hansı bir konflikt yaşayan bölgəsinə ABŞ əsgərinin göndərilməyəcəyini bəyan edir (Ukrayna daxil). Əlavə olaraq, bu xərclərin böyük hissəsinin səmərəsiz (geri dönüş təmin etməyən) xərclər olması (nəzərə alaq ki, digər ölkələrdən fərqli olaraq, ABŞ xaricdən silah alışına demək olar ki, pul xərcləmir, əksinə silah istehsal edir və satır) Pentaqonda ciddi korrupsiya hallarının baş verməsinin indikatoru kimi Elon Maskın da diqqətini hələ Trampın seçki kampaniyası dövründə çəkmişdi. Büdcə səmərəliliyinin hansı istiqamətlərdə aşağı olması məhz həmin istiqamətlərdə sızıntı, itki və mənimsəmələrin olmasının ilkin indikatoru hesab oluna bilər. Məhz büdcənin hələ keçən ildən aparılan təhlilləri nəticəsində hansı istiqamətlərdə sızıntı və səmərəsiz xərclərin olması barədə işarələrin öncədən əldə olunması səbəbindən Trampın andiçmə mərasimindən sonra cəmi 15-20 gün ərzində Elon Mask müxtəlif istiqamətlərdə ciddi korrupsiya hallarını üzə çıxara bildi (burada dataların mövcudluğu, rəqəmsallaşmanın yüksək səviyyəsi də əlbəttə bu faktların üzə çıxarılmasında böyük rol oynayır. Bunlar olmadıqda da bu faktların üzə çıxarılması mümkündür, lakin daha çox vaxt və zəhmət tələb edir).
Xarici borclara xidmət və hərbi xərclərdən əlavə digər xərc maddələrinin də təhlilləri aparılır. Burada da xarici təşkilatlara donorluq, üzvlük haqları, müxtəlif qeyri-müəyyən xarici layihələrin (əlbəttə bu layihələrin içərisində ABŞ-nin dünyanın ən güclü dövləti statusuna yiyələnməsinə töhfə verən layihələr də var, sadəcə ABŞ hazırda bu layihələrin də öz missiyalarını tamamladığını və ya korrupsiya mənbəyi oldğunu düşünür) maliyyələşdirilməsi, qrantlar və sair yer tutur. ABŞ qrant, yardım kimi layihələrin ayrı-ayrı özəl korporasiyalar tərəfindən icrasına etiraz etmir, lakin büdcə hesabına maliyyələşdirilməsinə qarşı çıxır və bu xərcləri azaldır. Əvəzində isə, Tayvanın məşhur və ən böyük çip və yarımkeçirisi istehsalçısı TSMC şirkətinə ilkin olaraq qoyacağı 67 milyard dolların (4 illik investisiya həcmi isə 100 milyard dollar) 6 milyardının ABŞ tərəfindən subsidiyalaşdırılacağını bəyan edir. Səmərəsiz xərci (xarici qrant və sair) səmərəli xərclə (investisiya, istehsal, məşğulluq və növbəti illərdə daha çox büdcə daxilolmalarının təşviqi) əvəz edir. Bu sadəcə büdcə səmərəliliyinin artırılması ilə bağlı bir misaldır.
Nəticə olaraq, daxili və ya xarici borclanma, qənaət yoxsa səmərəli xərc məsələləri büdcə siyasətinin həyata keçirilməsi zamanı bəzən elə incə sərhədlərin olduğunu üzə çıxarır ki, burada daha incə ölçülüb biçilmiş, makroiqtisadi reallıq və gerçəklikləri nəzərə alan təhlillərin olmasını zəruri hala çevrilir.
Tramp administrasiyasının iqtisadi siyasətlərindən bəzilərinə indiyə qədər toxunmuşdum. Bu dəfə qısaca olaraq, büdcə siyasətinə, bu sahədəki çağırışlara və incə məsələlərin bəzilərinə toxunmağa çalışdıq. Büdcə siyasəti ilə bağlı əksər addımları müsbət və təqdirəlayiq hesab olunsa da, tariflərin tətbiqi, bəzi üzvlük haqlarının ləğvi və sırf merkantlilist siyasətlərin tətbiqləri, gözlənilən inflyasiyanı boğmaq üçün enerji qiymətlərinə aqressiv müdaxilə cəhdləri, ümumiyyətlə bazara və iqtisadi mexanizmlərə, sərbəst ticarətə bu qədər kəskin və qısa müddət ərzində kütləvi hesab edilə biləcək müdaxilələrin ağır nəticələri və bədəlləri də ola bilər. İqtisadiyyatda bazar qədər müdaxilə sevməyən və müdaxilə halında da ona müdaxilə edən istiqamətləri, sahələri qəddarcasına cəzalandıran ikinci bir məfhum yoxdur. Tarif məsələlərində Tramp məntiqlidir, haqlıdır, ticarət tərəfdaşlarını daha maliyyələşdirmək istəmir, lakin bu məsələnin həlli istiqamətində atacağı addımların nəticələri qlobal iqtisadiyyat üçün ciddi risklər və təhlükələr doğura bilər və bu ehtimal, xüsusilə inflyasiya, dolların alıcılıq qabiliyyətinin düşməsi, qlobal ticarətin həcminin düşməsi sahələrində daha yüksəkdir.