vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 20 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
TÜRK DÜNYASI  
01:51 | 20 mart 2025 | Cümə axşamı Məqaləyə 24 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Vəfa borcu

Azərbaycanın qələbəsindən sonra simasını dəyişmək məcburiyyətində qalan ...

Elçin MİRZƏBƏYLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Əkrəm İmamoğlunun həbsi ilə bağlı aparılan müzakirələrdən nə qədər kənar durmağa çalışsam da, olmadı. Bacarmadım. Türkiyənin daxili işi olan və ədalət məhkəməsinin qərar verəcəyi bir məsələyə, həm də Azərbaycanın qələbəsindən sonra simasını dəyişmək məcburiyyətində qalan Əkrəm İmamoğluya görə torpaqlarımızın işğaldan azad edildiyi, suverenliyimiizin bərpa olunduğu zaman kəsiyinin hər anında yanımızda olan, mənəvi və siyasi dəstəyi, qətiyyəti ilə gücümüzə güc qatan Rəcəb Tayyib Ərdoğanın aşkar və gizli şəbəkələrin qulbeçələri tərəfindən utanc doğuracaq bir şəkildə hədəfə alınmasına biganə qala bilmədim.

Tutaq ki, İmamoğlu kimi itin-qurdun yanında olan xəyanət dağarcıqlarının xislətini hardasa anladıq, bəs özünü illərdən bəri “vətənsevər”, “türkçü”, “Turançı” kimi ictimai rəyə sırıyanlara nə gəlib? Belələrini reabilitasiya edib “dəbə mindirənlər” hara baxırlar? Zamanında deyəndə ki, Sorusun, NED-in, USAİD-in yal verdiklərini reabilitasiya etmək mümkün deyil, onlar hüceyrələrinə kimi “xəyanət” virusuna yoluxublar, ən iyrənc böhtanlarla, şər-şəbədə ilə  əksini sübut etməyə çalışırdılar. İndi boylansınlar sosial şəbəkələrdəki mənzərəyə və korafəhim olduqlarının fərqinə varsınlar.

Adamlar, təxminən 1-2 ay, yaxud 5-10 gün öncə işğaldan azad etdiyimiz yurd yerlərimizdə, bəziləri isə elə öz uçuq evlərinin 5-10 addımlığında poz verib şəkil çəkdirirdilər, bu gün isə Ərdoğanı hədəfə alıblar. Leksikonumda olmayan sözləri yazmamağa çalışıram... Ayıbdır,  vallah... Utanın, yerə girin. Elə işğaldan azad olunmuş evinizin həyətindəki yerə girsəniz, yetər...

Bu adamlar anlaya, yaxud qəbul edə bilmirlər ki, əgər torpaqlarımızı işğaldan azad etdiyimiz zaman kəsiyində hakimiyyətdə Ərdoğan deyil, İmamoğlu olsaydı, ən yaxşı halda gedib Makronun yanında dayanacaqdı...

Biz yaxşılığı, mərdliyi unutmayan millətin övladlarıyıq. Unudanlar isə bizdən deyil!

P.S. Bunu yazmaq vəfa borcum idi və yazdım...