vaxtlı-vaxtında oxuyun! Cümə, 21 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
MƏHKƏMƏ, İSTİNTAQ  
16:08 | 20 mart 2025 | Cümə axşamı Məqaləyə 27 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Etirafçı olmaq istəyənlər var

İstanbulda korrupsiya və terror əməliyyatında hərəkətlilik

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlunun rəhbərlik etdiyi 560 milyard lirəlik korrupsiya ilə bağlı istintaq davam edərkən, saxlanılan şübhəlilərdən bəzilərinin peşmanlıq qanunundan faydalanmaq üçün etirafçı olmaq istədikləri öyrənilib.

Alınan məlumata görə, iki ayrı istintaq çərçivəsində aralarında İstanbul İBB sədri Əkrəm İmamoğlu, Bəylikdüzü Bələdiyyə sədri Murad Çalık, Şişli Bələdiyyə sədri Rəsul Əmrah Şahan və müğənni Ercan Saatçinin də olduğu 87 şübhəlinin dindirilməsi davam edir.

Rüşvətxorluqdan tutmuş çirkli pulların yuyulmasına və dələduzluğa qədər müxtəlif ittihamlarla əsas şübhəli kimi saxlanılan Əkrəm İmamoğlu hələ ifadə verməyə başlamayıb. Gecəni təcridxanada tək keçirən İmamoğlu 560 milyard lirəlik korrupsiya ilə bağlı sorğu-sual olunacaq.

 

ƏMƏLİYYATLARIN YENİ DALĞASI BAŞLAYA BİLƏR

 

Digər tərəfdən, istintaq davam edərkən, saxlanılan şübhəlilərdən bəzilərinin peşmanlıq qanunundan üçün etirafçı olmaq istədikləri və bildiklərini söyləmək üçün prokurorluq və hüquq-mühafizə orqanlarına müraciət etdikləri öyrənilib. İstanbul Polis İdarəsində həbsdə olan şübhəlilərin etirafları əsasında yeni əməliyyat dalğasının başlaya biləcəyi iddia edilir. Etiraf etmək istədikləri anlaşılan sözügedən şübhəlilərin istəklərini polis və prokurorluğa bildirdikləri öyrənilib.

Haqqında həbs qərarı çıxarılan 106 şübhəlidən 87-si dünən keçirilən əməliyyatda saxlanılıb, 19 qaçan şəxsin tutulması istiqamətində işlərin davam etdiyi bildirilib. 560 milyard lirəlik korrupsiyada Medya A.Ş., Kültür A.Ş., KİPTAŞ, İSPARK şirkətləri ilə əlaqəli adlar tenderi saxtalaşdırmaq, ağır fırıldaqçılıq, şəxsi məlumatların qanunsuz əldə edilməsi, rüşvətxorluq və hədə-qorxu ilə tələb etməkdə ittiham olunur.