
Serialları dublyajla nə qazanırıq?
Bu gün ortaq türk dili əvvəllər olmadığı qədər prioritetdir
Bu gün ortaq türk dili əvvəllər olmadığı qədər prioritetdir
İnsanlarımızı tüfeyli, ailələri bədbəxt edən seriallar
Ölkənin ən böyük kinozalı hər kəsə müdhiş jest edir
Hər həftənin eyni günü bütün seanslara biletlər 4 manat olacaq
Türkiyə televiziya və kino dünyasının ustad adlarından olan Osman Sınav 69 yaşında dünyasını dəyişib. Bir müddət xərçəng xəstəliyindən müalicə olunan Sınav unudulmaz əsərlər və dərin bir miras qoyub.
“Qurdlar Vadisi”, “Dəli Ürek”, “Çörək Təknəsi” kimi prodüserləri ilə milyonların yaddaşına həkk olunan Osman Sınav karyerası boyunca Türkiyənin ən uğurlu prodakşnlarına imza atıb. 1980-ci illərdən bəri reklam sənayesindən televiziya və kinoya səyahəti zamanı bir çox unudulmaz serialların rejissoru və ssenari müəllifi olmuşdu.
Sınavın vəfatından sonra Türkiyə Mədəniyyət və Turizm Nazirliyi “Türk kino və televiziya dünyasının ustad adı Osman Sınavın vəfatından dərin hüznlə kədərlənirik” sözləri ilə başsağlığı verib.
Osman Sinav kimdir?
1958-ci ildə Burdurda anadan olan Osman Sınav İstanbul Dövlət Gözəl Sənətlər Akademiyasında kino və televiziya təhsili alıb. 1980-ci illərdə reklam sektorunda çalışan Sınav daha sonra öz prodüser şirkəti olan Sineqrafı quraraq kino və televiziya dünyasına addım atıb.
“Gerilla”, “Dəli Ürek: Bumeranq Cəhənnəmi” və “Pars: Albalı Əməliyyatı” kimi filmlərin rejissorluğunu edən Sınav, 30 ildən çox davam edən karyerasında Türkiyənin ən çox izlənilən filmlərinin prodüseri olub.