
ABŞ səhiyyəsində yarpaq tökümü
20 min tibb işçisinin ixtisarı planlaşdırılır
20 min tibb işçisinin ixtisarı planlaşdırılır
Alman avtomobil nəhəngləri AB rəhbərliyini Trampla təcili danışıqlara çağırır
ABŞ-ın avtomobil tarifləri AB-ni hərəkətə keçirməyə təşviq edir
Türkiyə kənarlaşdırıldığı proqrama qaytarılır?
ABŞ və Rusiya “Şimal axını”nı yenidən açmağı planlaşdırır
Prokofyevanın gödəkçəsində “Press” əvəzinə “Z” yazılmışdı
“Porsche” və “Mersedes” isə gələn ilki qazancının 25 faizini itirəcək
Tramp: “Vals məlumat sızmasına görə məsuliyyəti öz üzərinə götürüb”
Tramp Çinə vergi tariflərini azaltmaq üçün şərt irəli sürüb
NATO Avropa və ABŞ-a xəbərdarlıq edir: “Təkbaşına hərəkət etməyin vaxtı deyil”
Trampın imzaladığı sərəncamdan sonra qlobal bazarlarda gərginlik artıb
“Yaşayan Nostradamus”dan qorxulu proqnozlar
AB ABŞ-ın 25 faizlik gömrük rüsumu tətbiq etməsinə reaksiya verdi
Asiya avtomobil istehsalçılarının səhmləri kəskin şəkildə azaldı
Tramp avtomobillərlə bağlı da sərəncam imzaladı
ABŞ-ın milli təhlükəsizlik qalmaqalı dərinləşir
ABŞ Maliyyə Nazirliyi İranın neft ixracını dəstəkləyən şəbəkəyə sanksiya tətbiq edildiyini açıqlayıb. Belə ki, qonşu ölkədən xam neft alan və emal edən Çində yerləşən neft emalı zavodunu və onun icraçı direktoru ilə 19 şirkət və gəmini İran neftinin nəqlinə görə sanksiyalar siyahısına daxil edib.
***
Bəyanatda deyilir ki, İrandan yüz milyardlarla dollar dəyərində xam neft alan və emal edən Çində yerləşən “Teapot” neft emalı zavodu və onun baş direktoru sanksiyalar siyahısına əlavə edilib.
Açıqlamada kiçik miqyaslı və müstəqil olduğu üçün “Teapot” adlandırılan neft emalı zavodunun husilərlə və İran Müdafiə Nazirliyi ilə əlaqəsi olan və İran neftini daşıyan bəzi “kölgə donanması” gəmilərindən neft qəbul etdiyi bildirilir. İran neftini “Teapot” neft emalı zavodlarına daşıyan 19 şirkət və gəminin də investisiya siyahısına daxil edildiyi bildirilib.
***
Bəyanatda açıqlamalarına yer verilən ABŞ Maliyyə Naziri Skott Bessent deyib ki, İran neftinin “Teapot” neft emalı zavodları tərəfindən alınması rejimin əsas iqtisadi həyat xəttini təşkil edir.
“Birləşmiş Ştatlar Tehrana terrorizmi maliyyələşdirməyə və nüvə proqramını inkişaf etdirməyə davam etməyə imkan verən gəlir axını kəsməkdə qərarlıdır”, – Bessent bildirib.
ABŞ Dövlət Departamenti də sanksiyalar siyahısında olan gəmidən İran xam neftini alıb saxladığı üçün Çindəki neft terminalına sanksiya tətbiq edib.