Qiymətlər sıçradı
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
09:47 | 26 mart 2025 | Çərşənbə
Məqaləyə 472 dəfə baxılıb
Şriftin ölçüsü
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
“Brent” 100 dollara yaxınlaşdı
İsrailin Livandakı əməliyyatları genişləndirməsi qara qızıla təsir etdi
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Böyük Britaniya şirkəti Azərbaycanda yeni nəhəng qaz layihəsinə rəhbərlik etməyə hazırlaşır
Qiymətlər sürətlə bahalaşır
Qara qızıl dünənki ucuzlaşmada itirdiklərini qaytardı
Elektrikli avtomobillərə tələbat artıb
“Qlobal neft ehtiyatları rekord sürətlə azalır”
Xameneyinin adından yayılan açıqlamadan sonra enerji bazarında sıçrayış baş verdi
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
Vergi güzəştləri üçün əlavə mənbə var
Hörmüz gərginliyinin yaxın müddətdə həllini tapacağı gözlənilmir
Kasıb ölkələrdə neft çatışmazlığının səbəbi nədir?
Sənaye hesabatının ABŞ-da xam neft ehtiyatlarında böyük sıxıntıya işarə etməsindən sonra qiymətlərdə yüksəliş baş verib. Dünya bazarında Qara dənizdə Rusiya-Ukrayna atəşkəs ehtimalını dəyərləndirilsə də, bu qara qızılın bahalaşmasına təsir etməyib.
“Brent” nefti birjaların dünənki bağlanışından sonra bir barel üçün 73 dolları keçib, ABŞ xam nefti isə 69 dollara yaxın olub. Amerika Neft İnstitutunun məlumatına görə, ABŞ-ın ehtiyatları keçən həftə 4,6 milyon barel azalıb, bu, çərşənbə günü rəsmi məlumatlarla təsdiqlənərsə, noyabr ayından bəri ən böyük azalmadır.
Digər tərəfdən, ABŞ Rusiya və Ukraynanın “təhlükəsiz naviqasiyanı təmin etmək” üçün Qara dənizdə atəşkəs barədə razılığa gəldiyini açıqlayıb. Bununla belə, Kreml bu prosesdə iştirakının sanksiyaların ləğvi kimi müəyyən ilkin şərtlərə tabe olacağını bəyan edib. Dünyanın bəzi aparıcı enerji sərmayəçiləri sanksiyaların götürüləcəyi təqdirdə Rusiya bazarına qayıda biləcəklərini bəyan ediblər.
“ING Groep NV”nin Sinqapurdakı əmtəə strategiyasının rəhbəri Uorren Patterson, “Hətta istənilən sanksiyaların ləğvi ssenarisində belə, biz neft tədarükünün böyük artımını gözləməməliyik, çünki Rusiya son bir neçə ildə neft axınını uğurla istiqamətləndirib”, – deyib.
Neft qiymətləri ilin ən yüksək səviyyəsinə çatdığı yanvarın ortalarından bəri hələ də 10 faizdən çox aşağı düşüb. Bunun əsas səbəbi Tramp administrasiyasının tətbiq etdiyi tariflərin və hədəflənən ölkələrin cavab tədbirlərinin qlobal bazarlarda dalğalanmalara səbəb olmasıdır. Əlavə tariflər, o cümlədən Venesueladan xam neft və qaz alıcılarına yeni rüsumlar gələn həftə qüvvəyə minəcək.