vaxtlı-vaxtında oxuyun! Cümə, 21 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
CƏMİYYƏT  
13:16 | 20 mart 2025 | Cümə axşamı Məqaləyə 40 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

8-ci dəfə yenə zirvədə

Dünya xoşbəxtlik hesabatı dərc olundu

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Birləşmiş Millətlər Təşkilatının töhfəsi ilə 147 ölkə arasında edilən qiymətləndirmə ilə müəyyən edilən Dünya Xoşbəxtlik Hesabatında Finlandiya 8-ci dəfə birinci olub. Ötən il 98-ci olan Türkiyə bu il 94-cü yerə yüksəlib.

Finlandiya səkkizinci ildir ki, Dünya Xoşbəxtlik Hesabatına başçılıq edir. Finlandiyanın ardınca Danimarka, İslandiya, Norveç və İsveç gəlib. Meksika və Kosta Rika da bu il ilk onluqda yer alıb. ABŞ isə siyahı tarixində ən aşağı yerdə qərarlaşıb.

BMT-nin Dünya xoşbəxtlik günündə nəşr olunan “Gallup” tərəfindən hazırlanan 13-cü Dünya Xoşbəxtlik Hesabatında iştirakçılara öz həyatları haqqında sual verilərək dünyanın ən xoşbəxt ölkələri sıralanır.

 

Siyahıda ilk 10 ölkə aşağıdakı kimidir:

 

1. Finlandiya

2. Danimarka

3. İslandiya

4. İsveç

5. Hollandiya

6. Kosta-Rika

7. Norveç

8. İsrail

9. Lüksemburq

10. Meksika

***

“Gallup”un direktoru İlana Ron Levey deyib ki, Skandinaviya ölkələrinin siyahının başında olması təəccüblü deyil.

“Finlandiya qeyri-adi bir nümunədir və mən düşünürəm ki, dünya həqiqətən də Finlandiyanın unikallığını anlamağa fokuslanıb. Biz hesab edirik ki, fin xalqının dünyanın əksər ölkələrindən daha xoşbəxt olmasının səbəbləri onların başqalarına inamı, gələcəyə nikbin olması, institutlara inamı, dostları və ailəsinin dəstəyidir”.

Finlandiya bu il orta hesabla 10 baldan 7,736 balla birinci yeri tutub, Kosta-Rika və Meksika isə ilk 10-luğa ilk dəfə daxil olub.

Azərbaycan siyahıda 106-cı yerdə qərar tutub. Ən ilginci Meksika 10-cu yerdə qərarlaşdığı halda, Yaponiya 55, Cənubi Koreya 58-ci yerdə özünə yer tapıb. Müharibə aparan Rusiya isə 66-cı, Avropa dövlətləri Macarıstan 69, Bolqarıstan 85-ci yerdə qərarlaşıb.

Hesabatda ötən il 98-ci olan Türkiyə bu il 5262 xalla 94-cü yerdə qərarlaşıb. Türkiyə reytinqin başladığı 2012-ci illə müqayisədə 0,08 xal itirib.

Ən bədbəxt ölkə 1364 balla Əfqanıstan olub.

***

Birləşmiş Ştatlar 24-cü yerdə qərarlaşaraq siyahı tarixində ən aşağı sıraya düşüb. 2012-ci ildən dərc edilən siyahı ötən il ilk dəfə olaraq ilk 20-likdən düşərək 23-cü yerdə qərarlaşıb.

“Axios”, ABŞ-ın reytinqinin düşməsinin noyabr ayında Donald Trampın qələbəsi ilə nəticələnən əhəmiyyətli seçkilərdən sonra olduğunu vurğulayıb.

“Gallup”un dünya xəbərləri üzrə icraçı redaktoru Culi Ray “Axios”a bildirib ki, 2024 və 2025-ci il hesabatlarında ABŞ reytinqləri bir qədər dəyişsə də, 30 yaşdan kiçik gənclər arasında xoşbəxtlik nisbətinin azalması ilin tapıntısıdır.

“Gənclərin qavrayışı baxımından heç bir irəliləyiş yoxdur. ABŞ-da gənclər dostları və ailələri tərəfindən daha az dəstəklənir, öz seçimlərini etməkdə daha asılıdırlar və həyat standartları ilə bağlı daha az nikbindirlər”, – dedi Rey.

Reyin fikrincə, bu, ABŞ-ın gələcəyi və Amerika arzusunun həyata keçirilməsi ilə bağlı təsəvvürlərin “qaranlıq mənzərəsini” yaradır.