
AB danışıqların sürətindən narazıdır
Avropa Komissiyası ABŞ tariflərinə 100 milyard avroluq cavab verə bilər
Avropa Komissiyası ABŞ tariflərinə 100 milyard avroluq cavab verə bilər
Lavrov: “Hamısı bizimlə müharibə aparır”
Qərbdə savaş gözləntiləri artdı, əksəriyyət Rusiyanı göstərir
İlin sonunda qəbul olunacaq qərar iki il sonra qüvvəyə minəcək
İmtina ediləcək 5 lüks
Trampın sammitdə iştirak etmək üçün yalnız bir şərti var
Şəxsi məlumatların Çinə ötürülməsinə görə...
Hətta müalicə üçün də ...
Araqçı üç ölkəni xüsusi siyasətlərinə görə günahlandırıb
Avrozona birinci rübdə 0,4 faiz artıb
Hansı ölkələrdə vəziyyət daha pisdir?
Qalmaqallı sızıntı üzə çıxdı – Çinə 500-dən çox həssas sənəd göndərilib
Brüssel Sincanla bağlı sanksiyaları dəstəkləməyə davam edir
Avropa Birliyi Maltanın bazarını bağladı
Le Penin varisi seçkilərdə qalib gəlsə, Avropanın ən gənc dövlət başçısı olacaq
Ordusu olmayan NATO ölkəsi narahat olmağa başlayır
Avropa Birliyi (AB) təxminən 2400 rusiyalı şəxs və təşkilata qarşı tətbiq etdiyi sanksiyaların 6 ay uzadılmasına qərar verib. Avropa Birliyi Komissiyasının sədri Ursula von der Leyen sosial media hesabında Rusiya-Ukrayna müharibəsi səbəbilə Rusiya fərd və qurumlarına qarşı məhdudlaşdırıcı tədbirlərin uzadıldığını açıqlayıb.
AB-nin Rusiyaya təzyiqlərini artırdığını qeyd edən von der Leyen, “Rusiyanın Ukraynaya qarşı davam edən təcavüzü səbəbilə təxminən 2400 şəxs və təşkilata qarşı sanksiyalarımızı uzadırıq”, – deyib.
Von der Leyen sanksiya siyahısında olanların səyahət qadağalarına məruz qaldığını, aktivlərinin dondurulduğunu və resursların göndərilməsinin qadağan edildiyini xatırladıb.
AB ölkələrinin qəbul etdiyi qərara uyğun olaraq, Ukraynanın ərazi bütövlüyü və suverenliyini təhdid edənləri hədəf alan fərdi məhdudlaşdırıcı tədbirlərin müddəti sentyabrın 15-dək uzadılıb.
Fərdi sanksiyalar hər 6 aydan bir yenilənməlidir.
Hazırkı fərdi sanksiyaların müddəti martın 15-də başa çatmalı idi. Uzun müddətdir bəzi şəxslərin siyahıdan çıxarılmasını tələb edən Macarıstan sanksiyaların uzadılması qərarına veto qoyub.
Siyahıdakı şəxslərin və təşkilatların əksəriyyəti Rusiyanın 24 fevral 2022-ci ildə Ukraynaya hücumundan sonra sanksiya siyahısına salınıb.
AB də müharibə səbəbindən indiyədək Rusiyaya qarşı 16 sanksiya paketi tətbiq edib.
Bu kontekstdə Rusiya ticarət, maliyyə, enerji, o cümlədən neft və kömür, sənaye, texnologiya, nəqliyyat, ikili istifadə və dəbdəbəli mallar, qızıl və almaz da daxil olmaqla geniş məhdudiyyətlərə məruz qalır.
Sanksiyalar həmçinin xam neftin və bəzi neft məhsullarının Rusiyadan AB-yə dəniz yolu ilə daşınmasına qadağa, bəzi Rusiya banklarının “SWIFT” beynəlxalq ödəniş sistemindən çıxarılması və bir çox yayım təşkilatlarının fəaliyyətinin dayandırılmasını da əhatə edir.