vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 17 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
AVROPA  
21:57 | 16 mart 2025 | Bazar Məqaləyə 17 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İfrat sağçılar seçkiyə buraxılmır

Rumıniya daha bir millətçinin prezidentliyə namizədliyini qadağan edir

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

2024-cü il noyabrın 24-də Rumıniyada keçirilən prezident seçkilərinin birinci turunda birinci olan Qərb və NATO-nun müxalif müstəqil namizədi Kelin Corceskudan sonra başqa bir siyasətçinin təkrar səsvermədə yarışa bilməyəcəyi bildirilir.

Şərqi Avropa ölkəsinin seçki komissiyası radikal sağçı Diana Şoşoakenin mayın 4-də keçiriləcək seçkinin birinci turunda iştirakını qadağan edib.

Şənbə günü edilən açıqlamada, Şoşoakenin “demokratik dəyərlərə zidd” açıqlamalar verdiyi üçün 2024-cü ilin noyabrında keçiriləcək seçkilərdə iştirakına icazə verilmədiyi xatırladılıb.

Avropa Parlamentinin üzvü Şoşoake qərarla bağlı “Facebook”da paylaşım edərək, “Mən demokratiyada yaşamadığımıza sübutam”, – deyib.

Rusiyapərəst və antisemitizm ideyalarını yaymaqda günahlandırılan 49 yaşlı siyasətçi cümə axşamı namizədlik üçün müraciət edərkən boks əlcəyi geyinib.

O, ABŞ prezidenti Donald Trampın şüarına istinad edərək, “Avropa və Rumıniyanı yenidən möhtəşəm edəcəyini və sistemlə bir daha mübarizə aparacağını”, – vəd etmişdi.

Şoşoake başçılıq etdiyi S.O.S Rumıniya dekabrda keçirilən seçkilərdə 7 faiz səslə Rumıniya Deputatlar Palatasındakı 331 yerdən 24-nü qazanıb.

Rumınların Birliyi Alyansının (AUR) lideri Corce Simionun namizədliyi təsdiqlənib. Radikal sağçı olan və namizədliyinə icazə verilən 38 yaşlı siyasətçi həmin qanadın əsas namizədidir.

Şoşoake ilə bağlı qərarı şərh edən AUR, Rumıniya demokratiyasına, əsas hüquq və azadlıqlara zərbə vurulduğunu bildirib.

Rumıniya Konstitusiya Məhkəməsi ləğv edilmiş prezident seçkilərinin ilk turunda 22,95 faiz səslə birinci yeri tutan Kelin Corceskunun namizədlik ərizəsinin rədd edilməsi qərarını qüvvədə saxlayıb.

62 yaşlı siyasətçi bu qərardan sonra Rumıniyanın gələcəyini xalqın müəyyən edəcəyini iddia edib.

Ləğv edilmiş seçkilərdə mərkəz sağçı Rumıniya Birliyini Xilas Partiyasından Corcesku və Elena Laskoni 19,17 faiz səslə ikinci tura yüksəliblər.

Corceskunun TikTok kimi sosial media platformalarından istifadə uğuru Rusiyanın seçkiyə müdaxiləsi iddiaları ilə gözdən salınıb.

Hələ başqa namizədi dəstəkləməyən Corceskunun prezident olma ehtimalını əngəlləmək üçün çoxlu addımlar atıldı.

Digər tərəfdən, şənbə günü paytaxt Buxarestdə toplaşan minlərlə nümayişçi ölkənin gələcəyini AB-də gördükləri mesajını verdi.