
Pakistanda musson fəlakəti
4 mindən çox kənd su altında
4 mindən çox kənd su altında
2 nəfər öldü
Pakistan sel fəlakəti yaşandı – 22 ölü
İtkin düşən şəxs 30 il sonra evinə qayıtdı
Ölkənin şimalında güclü yağışlar yolları bağladı, xəbərdarlıq xəritəsi genişləndi
Uşaq düşərgəsi seldən iki gün əvvəl tam hesabat alıb
ABŞ-da daşqınlar nəticəsində ölənlərin sayı 104-ə çatıb
Sel ABŞ-da vəziyyəti getdikcə ağırlaşdırır
Hollandiya Rumıniyanın təlim bazasına qırıcı bağışlayıb
Ölənlərin sayı artır
AB vəsaitlərinin ayrı-seçkilik xarakterli layihələr üçün istifadə edildiyi aşkarlanıb
Ən pis ssenari baş verməyə başlayır
Fransanın 17 vilayətində güclü fırtına xəbərdarlığı
Tufan və leysan ölkəni iflic edib, yollar və körpülər dağılıb, 3 nəfər ölüb, xeyli itkin var
Ləğv edilmiş seçkilərdə birinci olan namizədin dəstəklədiyi siyasətçi ilk turda böyük fərqlə irəlidədir
Küçələri və binaları su basdı
Rumıniyada daşqınlar insanların ölümünə səbəb olarkən, Çexiya, Polşa, Avstriya, Almaniya, Slovakiya və Macarıstan da leysan yağışların yaratdığı problemlərlə mübarizə aparır.
Rumıniyanın şərqində güclü yağış və fırtına nəticəsində meydana gələn daşqınlarda 4 nəfər həyatını itirib.
Ölkənin Təcili Yardım Departamentindən verilən açıqlamada Qalati və Vaslui qəsəbələrində baş verən sel səbəbiylə 4 cəsədin tapıldığı, yüzlərlə insanın təxliyə edildiyi bildirilib. Açıqlamada Qalatıda sel nəticəsində təxminən 5 min evin zərər gördüyü, ölkə daxilində 19 qəsəbənin yağış və fırtınanın təsirinə məruz qaldığı, çoxlu ağacın aşdığı və nəqliyyatın hərəkətində fasilələrin yaşandığı bildirilib.
Açıqlamada, axtarış-xilasetmə işlərinə helikopterlərin də daxil edildiyi bildirilib.
Rumıniyanın Ətraf Mühit Naziri Mirça Feçet “Associated Pressə” verdiyi açıqlamada ölkədə nadir görülən fəlakətdə hər kvadrat metrə 160 kubmetr yağış yağdığını bildirib: “İndi edə biləcəyimiz tək şey daha çox insanı xilas etməkdir”.
Rumıniya prezidenti Klaus İohannis də həyatını itirənlərin yaxınlarına başsağlığı verib və “Avropada artan iqlim dəyişikliyinin insanlar üzərindəki dramatik nəticələri ilə yenidən üz-üzəyik”, – deyib.
Şiddətli yağışların digər Avropa ölkələrində də fəlakətə səbəb olması barədə xəbərlər gəlir.