Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
20:33 | 5 mart 2025 | Çərşənbə
Məqaləyə 745 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Rumıniyadan ABŞ-a gedən Endrü Teyt və onun qardaşı Tristan Teyt barəsində qanuni tədbir görülüb.
Rumıniya hakimiyyətinin səyahət qadağalarını aradan qaldırmasından sonra Teyt qardaşları fevralın 28-də ABŞ-ın Florida ştatının Fort Lauderdeyl şəhərinə gəliblər.
Florida ştatının baş prokuroru Ceyms Uthmeier çərşənbə axşamı bildirib ki, 38 yaşlı Endrü Teyt və onun qardaşı 36 yaşlı Tristana qarşı hüquqi tədbir görülüb.
Uthmeier cinayət istintaqının bir hissəsi olaraq qardaşlar üçün axtarış qərarı və çağırış əmri verdi.
Baş prokuror iddia edib ki, Teyt qardaşları “qadınları öz fahişəlik şəbəkələrinə cəlb etdiklərini açıq şəkildə etiraf ediblər”.
Florida ştatında bu cür davranış çirkin hesab olunur. Onlar bu dövlətə gəlməyi seçdilər və biz qanuni səlahiyyətimiz çərçivəsində əlimizdə olan hər vasitədən istifadə edərək, onların əməllərinə görə cavabdehlik daşıyacağıq.
Endrü Teyt, “X” hesabında etdiyi bir yazıda, onlara qarşı görülən qanuni əməliyyatı “dəlilik” olaraq xarakterizə edib və bu açıqlamaları verdi: “Birləşmiş Ştatlar məni çox məyus etdi. Bu mənim tanıdığım Amerika deyil. Bu Amerika üçün kədərli bir gündür. Günahsız adamı günahlandırmağa çalışırlar”.
2022-ci ildə insan alveri, zorlama, fahişəlik şəbəkəsi qurmaq və çirkli pulların yuyulmasında ittiham edilərək həbs edilən Teyt qardaşları 3 ildir ki, Rumıniyada ev dustaqlığında idilər.
Rumıniyada araşdırmaları davam edərkən qardaşların ABŞ-a getməsinə icazə verildi və bu, mübahisələrə səbəb oldu. Rumıniyanın Baş Prokurorluğu onların bu ay məhkəmədə iştirak etmək üçün geri qayıtmalarının istəndiyini açıqlamışdı.
Həmçinin ABŞ-ın Teyt qardaşlarının Rumıniyadan çıxmasına icazə məhkəmə prosesində iştirak etmək üçün verilmişdi. “The Financial Times” ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Riçard Qrenellin keçən ay Münhen Təhlükəsizlik Konfransında Rumıniyanın xarici işlər naziri Emil Hurezinuya buna görə təzyiq etdiyini iddia edib.
Digər tərəfdən Hurezinu, Qrenellin “Teyt qardaşlarının vəziyyəti ilə maraqlandığını” söyləyib, lakin ABŞ-ın Rumıniyaya heç bir təzyiq göstərmədiyini iddia etdi. Rumıniyanın baş naziri Marsel Ciolacu da Teyt qardaşları ilə bağlı Vaşinqtondan rəsmi müraciət daxil olmadığını bildirib.
Florida qubernatoru Ron DeSantis də sosial mediada təsir edən Endrü Teyt və Tristan Teytin ştata gəlməsi ilə bağlı “Florida bu cür davranışa yol veriləcək yer deyil”, – deyib.