Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
21:32 | 16 mart 2025 | Bazar
Məqaləyə 384 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ prezidenti Donald Tramp dünən bəyan edib ki, o, ABŞ ordusuna Yəməndə husilərə qarşı böyük hərbi əməliyyat keçirməyi əmr edib. Tramp husilərə sərt xəbərdarlıq edərək, “Vaxtınız bitdi, hücumlarınız bu gündən dayandırılmalıdır, əks halda daha əvvəl görmədiyiniz cəhənnəmə şahid olacaqsınız”, – deyib. Husilərə bağlı media orqanları axşam saatlarında bir neçə hava hücumunun həyata keçirildiyini, bəzilərinin paytaxt Sənanı hədəf aldığını bildirib.
Tramp “Truth Social” sosial media platformasındakı paylaşımında ABŞ-ın husilərə qarşı qərarlı və güclü hərbi əməliyyat başlatdığını və husilərin nəzarəti altında olan bölgələrdə onlarla hədəfi vurduğunu bildirib. ABŞ bayraqlı sonuncu ticarət gəmisinin Süveyş kanalı, Qırmızı dəniz və ya Ədən körfəzindən təhlükəsiz şəkildə keçməsindən bir ildən çox vaxt keçdiyini qeyd edən Tramp, “Gəmiçiliyə hücumların qarşısını almaq məqsədimizə çatana qədər öldürücü güc tətbiq edəcəyik”, – dedi.
Tramp həmçinin İrana xəbərdarlıq edərək bildirib ki, Husilərə dəstəyi dərhal dayandırılmalıdır.
ABŞ-ın “The New York Times” (NYT) qəzeti, hava və dəniz hücumlarının Qırmızı dənizdə beynəlxalq gəmiçilik yollarını açmaq üçün radarları, hava hücumundan müdafiə sistemlərini, raket sistemlərini və pilotsuz uçuş aparatlarını (PUA) hədəf aldığını bildirib. Qəzet ABŞ rəsmilərinə istinadən yazıb ki, hərbi əməliyyat İrana xəbərdarlıq göndərmək məqsədi daşıyır. Qəzetin yazdığına görə, əməliyyat bir neçə gün davam edə və husilərin cavabından asılı olaraq daha şiddətli xarakter ala bilər.