
Trampın “Axilles dabanı”
İngilislər ABŞ prezidentinə təsir etməyin ən rahat yolunu açıqladı
İngilislər ABŞ prezidentinə təsir etməyin ən rahat yolunu açıqladı
Zelenski Trump-Putin görüşünə Kiyevsiz hər hansı razılaşmanı rədd edir
Vaşinqtonun Yeni Dehliyə gömrük faizi 50-yə yüksəldi
“Saky” bazası hədəfə alındı, bombardman təyyarələri vuruldu
“Müharibənin əvvəlində bizi Rusiya nefti almağa təşviq edirdi”
Görəsən, onun zəifləməkdə məqsədi nədir?”
Almaniyaya təhdid, Ukraynada irəliləyiş
Avropa Birliyi liderləri Si Cinpinin açıqlamalarına sərt cavab verdi
Vaşinqton Ukraynaya 322 milyon dollarlıq silah satışına razılıq verdi
ABŞ Ukraynaya zirehli texnika və raket sistemləri göndəriləcək
Azərbaycan və Rusiya münasibətlərindəki böhran hara gedir?!
Rusiya və Ukrayna arasında qarşılıqlı hücumlar
İlham Əliyev: “Aktau təyyarə qəzası ilə bağlı Rusiya beynəlxalq məhkəməyə veriləcək”
Çin, Avropanın Rusiyaya tətbiq etdiyi sanksiyaların “ciddi mənfi təsirlərini” tənqid etdi
Ukrayna kəşfiyyatının gənc və cəsur komandiri – Kiril Budanov
Yaxud Tramp və Ukrayna labirinti
Rumıniyada ləğv edilmiş prezident seçkilərinin təkrar səsverməsində radikal sağçı namizəd birinci turu qabaqlayıb. 11 namizədin mübarizə apardığı ilk turda seçki fəallığının 53 faiz olduğu açıqlanıb.
Rumınların Birlik Alyansının (AUR) lideri Georgi Simion 41 faizlə birinci, müstəqil namizəd Nicuşor Dan isə 21 faizlə ikincidir. Hakim koalisiyanın birgə namizədi Krin Antonesku 20 faiz səslə üçüncü olub.
Ən yaxşı çox səs toplayan iki siyasətçi mayın 18-də keçiriləcək ikinci turda mübarizə aparacaq. Buxarestin meri Dan orta yol mesajları ilə tanınır. Belə olan halda hakim partiyaların ikinci turda radikal sağçılara qarşı ona dəstək verəcəyi gözlənilir.
38 yaşlı Simion, seçkiyə icazə verilən radikal sağ tərəfin əsas namizədi idi. Xaricdəki seçicilərin əksəriyyəti ona səs verib.
Ləğv edilmiş seçkilərdə birinci gələn anti-Qərb və NATO əleyhinə namizəd Kalin Corcesku ilə birlikdə kampaniyasını aparan Simion, seçiləcəyi təqdirdə onu yüksək vəzifəyə təyin edəcəyini deyir.
Universitetdə tarixi bitirən Simion gənc yaşlarından Moldovanın Rumıniyaya birləşməsi üçün küçə nümayişlərində iştirak edir.
O, 2019-cu ildə Avropa Parlamentinə müstəqil namizəd kimi seçilə bilmədikdən sonra AUR-u təsis edib.
Xristianlığın və ailənin əhəmiyyətini vurğulayan AUR, sui-qəsd nəzəriyyələrindən istifadə etməklə və pandemiya zamanı görülən tədbirlərə qarşı çıxmaqla diqqəti cəlb edib.
Simionun “Trumpist” olaraq xarakterizə etdiyi siyasi quruluş, keçən ilki seçkilərdən sonra parlamentdə ən çox yer qazanan ikinci partiya oldu.
O, NATO-nu dəstəkləsə də, Rusiyanın 2022-ci ildə başlatdığı əməliyyatdan sonra Ukraynaya hərbi yardımın əleyhinədir.
Keçən il Kiyev Simionun “sistemli anti-Ukrayna hərəkətlərini” əsas gətirərək, ona üç il müddətinə ölkəyə girişini qadağan etmişdi.
O, nə Ukrayna, nə də Rusiya tərəfdarı olmadığını deyir və əlavə edir: “Mən yalnız Rumıniya tərəfdarıyam”.
Moldova da dəfələrlə bəyan edib ki, Simionu milli təhlükəsizliyə təhlükə yaratdığını əsas gətirərək öz ərazisinə qəbul etməyəcək.
Simion tənqid etdiyi AB-nin qaydalarına əməl etməyəcəyini söyləyir, eyni zamanda Birlikdən çıxmaq fikrinin olmadığını bildirir.
AUR lideri ABŞ prezidenti Donald Tramp və İtaliyanın baş naziri Corca Meloni haqqında tərifləri ilə tanınır. Tramp papaqları ilə poza verərək, Avropanın “Melonizasiya”ya çevrilməli olduğunu müdafiə edir.
Ləğv edilmiş seçkilərdən əvvəl “Simionizasiya da olacaq, inanın” desə də, 4-cü yerdə qərarlaşıb.
Corcesku bu seçkilərdə 22,95 faiz səslə birinci olub. Mərkəzçi “Rumıniya Birliyini Xilas” Partiyasından olan Yelena Laskoni 19,17 faiz səslə ikinci tura yüksəlib.
Corgeskunun TikTok kimi sosial media platformalarından istifadə uğuru Rusiyanın seçkiyə müdaxiləsi iddiaları ilə gözdən salındı.
62 yaşlı siyasətçi bu qərardan sonra Rumıniyanın gələcəyini xalqın müəyyən edəcəyini bildirib.